İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb

2021-02-22 | Kadr işi | 3011

Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 6297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

Mənbə: https://vergiler.az/news/social/11954.html

Kadr işi bölümünün son xəbərləri

2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir
2021-01-23 | Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?
0021-12-20 | İŞÇİLƏRİN İCBARİ SIĞORTASI MÖVZUSUNDA VEBİNAR
2020-12-27 | Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!