Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək

2021-01-30 | İqtisadiyyat | 2663

2021-ci ildə vergi və rüsumlar üzrə gözlənilən güzəşt və azadolmalara dair məlumatlar müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi vergi və rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt və azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatları 2021-ci il iyunun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək.

Firuzə Vahid

Mənbə: https://apa.az/az/maliyye_xeberleri/Vergi-v-rusumlar-uzr-guzst-v-azadolmalara-dair-mlumatlar-muyynlsck-627012

İqtisadiyyat bölümünün son xəbərləri

2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!