Müharibə iştirakçılarına verilən vergi güzəştləri

2020-12-11 | Vergilər | 1184

Azərbaycan qanunvericiliyində vətənin azadlığı uğrunda xidmətləri olan insanlar və onların ailələri üçün imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmalar müəyyənləşdirilib. Mövzunu iqtisadçı Elməddin Məmmədov şərh edir.

Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən:

  • 102.2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
  • 102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
  • 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.4-cü maddəsinə əsasən:

  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Misal 1:

2-ci Qarabağ savaşında əlillik dərəcəsi almış fiziki şəxs dövlət müəssisəsində aylıq 700 manat əməkhaqqı müqabilində mühasib vəzifəsində çalışır. Məcəllənin 102.2.4-cü maddəsini tətbiq etməklə gəlir vergisini hesablayaq: 700-200- 400 = 100 manat 100 x 14% = 14 manat.

Qeyd edək ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, neft-qaz və dövlət sektorunda çalışan işçilərin əməkhaqlarının 2500 manatadək hissəsindən 200 manat çıxmaqla 14 faiz gəlir vergisinə cəlb olunur. Güzəşt tətbiq edilməsə idi, Qarabağ savaşında əlillik dərəcəsi almış fiziki şəxsdən 70 manat (700-200)*14% gəlir vergisi tutulacaqdı.

Misal 2:

Müharibədə həyat yoldaşını itirmiş qadın neft-qaz fəaliyyəti ilə məşğul olan müəssisədə çalışır və aylıq olaraq 600 manat əməkhaqqı alır. Bu halda Məcəllənin 102.2.4-cü və 101.1-ci maddələrinə əsasən işçidən gəlir vergisi tutulmayacaq: 600-200-400 = 0

Misal 3:

Oğlu 2-ci Qarabağ savaşında şəhid olmuş ata dövlət müəsisəsində çalışır və aylıq olaraq 500 manat əməkhaqqı alır. Bu zaman Vergi Məcəlləsinin 102.4- cü və 101.1-ci maddələri tətbiq ediləcək və şəhid ataından güzəştli vergi tutulacaq:

500-100= 400 manat

400 x 14% = 56 manat.

Vergi Məcəlləsinin 199.3-cü maddəsində qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Misal 4:

Müharibə veteranının mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 200 m2 yaşayış binası vardır. Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış sahəsinin 30 m2-dən artıq hissəsi zona əmsalı tətbiq etməklə hesablanır. Beləliklə, fiziki şəxsin əmlak vergisi:

200 m2-30 m2 =170 m2

170 x 0,2 manat (zona əmsalı) = 34 manat

Məcəllənin 102.2-ci maddəsini tətbiq etdikdə:

34 - 30 = 4 manat.

Nəzərdən keçirdiyimiz misalda fiziki şəxs bələdiyyə orqanına 4 manat əmlak vergisi ödəməlidir.

Fərqanə Allahverdiqızı

Mənbə: https://vergiler.az/news/taxes/10872.html

Vergilər bölümünün son xəbərləri

2021-02-04 | Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları 2021-ci ildən necə hesablanacaq?
2021-01-15 | Fiziki şəxslərə dövlətin maliyyə dəstəyi gəlir sayıla bilərmi?
2021-01-15 | İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiqlənib
2021-01-13 | Vergi Xidməti DTA-03 və DTA-05 ərizə formaları ilə bağlı izahedici mövqe hazırlayıb
2021-01-05 | Kompensasiyalara görə vergi ödənilməlidirmi?
2021-01-03 | AR Vergi Məcəlləsində dəyişikliklər edilib
2020-12-13 | Xaricdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişir
2020-11-23 | Prezident Vergi Məcəlləsindəki bu dəyişikliyi - Təsdiqlədi
2020-12-11 | Müharibə iştirakçılarına verilən vergi güzəştləri
2020-10-12 | Vəkillərin və mühasiblərin sosial sığorta ödənişləri necə hesablanır?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!