Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda fəaliyyəti dayandırılmayan sahələr açıqlanıb

2020-06-04 | Kadr işi | 3473

Baş nazirin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq:

1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;

1.1.6. meliorasiya və su təsərrüfatı;

1.1.7. rabitə xidmətləri;

1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Mənbə: https://apa.az/az/sosial_xeberler/Baki-Sumqayit-Gnc-Lnkran-shrlrind-v-Abseron-rayonunda-faliyyti-dayandirilmayan-sahlr-aciqlanib-590078

Kadr işi bölümünün son xəbərləri

2024-11-19 | Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi
2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!