Vergi Məcəlləsində dəyişikliklər sahibkarlarda öz bizneslərini şəffaflaşdırmağa marağı artıracaq

2020-06-04 | İqtisadiyyat | 2686

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev pandemiya ilə əlaqədar sahibkarlıq subyektlərinə dəstək verilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliyin bir neçə istiqamətdə əhəmiyyətli olduğunu vurğulayıb.

Vergi Məcəlləsinə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı 18-ci fəsil əlavə edilib. Həmin əlavə müvəqqəti xarakter daşıyır. Bu fəslin müddəalarının Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq olunmasını əhatə edir.

Vergi Məcəlləsinin yeni müddəaları aşağıdakı şəxslərə şamil ediləcək:

  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
  • turoperator və turagent fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

Dəyişikliyə əsasən, şəhərlərarası, rayonlararası sərnişindaşıma xidməti göstərənlər hər oturacağa görə aylıq 1 manat 80 qəpik əvəzinə 50 faiz az - 90 qəpik, taksi fəaliyyəti ilə məşğul olanlar aylıq 9 manat əvəzinə 4 manat 50 qəpik ödəyəcəklər. Bu, son dövrlər karantin rejimində ölkə daxilində rayonlararası və şəhərlərarası sərnişin daşımalarının səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.

Məcəlləyə edilən dəyişikliklərlə mikro sahibkarlıq subyektlərinə mühüm dəstək göstərilib. Ardıcıl olaraq 12 ay ərzində ümumi dövriyyəsi 100 min manatdan aşağı olan subyektlər 2 faiz əvəzinə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunublar.

Əmlak və torpaq vergisi ilə bağlı azadolmalar, eləcə də hava nəqliyyatında sərnişin daşınması ilə məşğul olan şirkətlərə məxsus təyyarələrin də əmlak vergisindən azad edilməsi sahibkarların sabit xərclərinə qənaət etməsinə, karantin dövründə onların üzləşdikləri zərərlərin aradan qaldırılmasına kömək göstərəcək.

Müxtəlif hesabatların vaxtının uzadılması sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini daha rahat həyata keçirmələrinə imkan verəcək.

Məcəlləyə dəyişikliklərdən biri də daşınmaz əmlakın icarəsi ilə bağlıdır. Əvvəllər fiziki şəxslər mülkiyyətlərində olan əmlakı icarəyə verən zaman ödəmə mənbəyində 14 faiz vergi ödəməli idi. Artıq onların bu öhdəliyi 7 faizə endirilib.

İş adamlarına 1 illik güzəştlər paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən düzgün istifadə etmək imkanı yaradır. Burada maraqlı məqam odur ki, riskli vergi ödəyiciləri bu güzəştlərdən istifadə edə bilməyəcəklər. Bu qərar sahibkarların daha şəffaf işləməsinə kömək göstərəcək və sahibkarlıq subyektlərində öz bizneslərini şəffaflaşdırmağa maraq yaradacaq.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/8876.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!