Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-21 | İqtisadiyyat | 2829Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən, sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları üzrə:
- Mikro sahibkar - işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatadək;
- Kiçik sahibkar - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 3 milyon manatadək;
- Orta sahibkar - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri milyon manatdan 30 milyon manatadək;
- İri sahibkar - işçilərinin orta siyahı sayı 251 nəfərdən, illik gəliri 30 milyon manatdan çox olanlar sayılır.
İqtisadçı ekspert Anar Bayramov qeyd edib ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sahibkarlıq subyektləri haqqında Dövlət Statistika Komitəsinə ötürülən məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 174 saylı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nda dəyişiklik edilməsi barədə" Qərarı ilə yeni yaradılan sahibkarlıq subyektinə yanaşma dəyişib.
Dəyişikliyə qədər yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən bir il müddətində müəyyən edilmiş işçilərinin say göstəricisi əsas götürülürdü.
Məsələn, 2018-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2018-ci il üzrə gəlirinin 4 milyon manat olmasına baxmayaraq, işçi sayı 10 nəfərdən az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab edilirdi.
Bəzi vergi ödəyiciləri qərardakı boşluqdan istifadə etməklə yeni yaradılan müəssisələr üçün işçi sayını azaldaraq mikro sahibkarlıq subyekti olmaq hüququndan istifadə edirdilər. Bunun nəticəsində iri məbləğdə gəlir əldə etdiklərinə baxmayaraq qanunvericilikdə mikro sahibkarlıq subyektlərinə şamil olunan güzəştlərdən istifadə edirdilər. Göstərdiyimiz misalda vergi ödəyicisinin illik gəliri 4 milyon manat olsa da, 8 nəfər işçisi olduğuna görə o, mikro sahibkarlıq subyektinə aid edilir və mənfəət (gəlir) vergisi üzrə 75 faiz güzəşt əldə edirdi. Son dəyişikliklə bu boşluq aradan qaldırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsasında həyata keçirilir. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən, gəlir və işçilərin orta siyahı say göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
Tutaq ki, 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2020-ci il üzrə gəliri 500.000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri mikro sahibkarlıq subyektinin illik gəlirindən (300.000 manatdan) çox olduğu üçün, sahibkar mikro yox, kiçik sahibkarlıq subyekti hesab ediləcək.
Tutaq ki, 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin gəliri müəyyən edilməyib. Bu zaman işçi sayı əsas tutularaq vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid ediləcək. Vergi ödəyicisinin 2021-ci ilin mart ayında təqdim edəcəyi gəlir (mənfəət) bəyannaməsinə əsasən, 2020-ci il üzrə illik gəlirinin 450.000 manat olduğu müəyyən ediləcəyi halda, vergi ödəyicisinin gəliri 300.000 manatdan çox olduğu üçün təkrar dəqiqləşdirmə ilə vergi ödəyicisinin meyarı mikrodan kiçik sahibkarlıq subyektinə keçirilir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI

İqtisadiyyat bölümünün son xəbərləri |