Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi

2020-05-16 | İqtisadiyyat | 3480

Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Report" xəbər verir ki, qanuna edilən dəyişikliklərə əsasən, nağdsız qaydada kənd təsərrüfatı sahəsində həyata keçirilən hesablaşmalar müəyyənləşib.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi (birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar) ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək.

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların sayı artırılıb.

Belə ki, siyahıya xam dərinin tədarükü (alışı) də əlavə edilib.

Mənbə: https://report.az/iqtisadiyyat-xeberleri/ask/aqrar-mehsullarin-nagd-alisi-ucun-yuxari-hedd-mueyyenlesdi/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!