Nazirliklər işəgötürənlərə bir daha sərt xəbərdarlıq etdilər

2020-04-03 | Kadr işi | 3313

Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.

Virtualaz.org bildirir ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə 1 (bir) milyard manat vəsait ayrılıb, habelə müvafiq fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb: “Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub.

Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər”.

İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.

Mənbə: https://virtualaz.org/aktual/159708

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!