Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

2020-03-30 | İqtisadiyyat | 2025

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təkliflərini hökumətə təqdim edib. ASK-dan bildirilib ki, Sahibkarlar Konfederasiyası koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədilə bayram günlərində sahibkarlarla və aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışıb.

Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsiri, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə 4 İşçi Qrupu yaradılıb.

İşçi Qruplar real vəziyyətin araşdırılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən birbaşa və ya dolayısı ilə əziyyət çəkmiş iqtisadi subyektlərin və vətəndaşların müvafiq dövlət dəstəyi ilə təmin olunması üzrə təkliflər hazırlayır. Dövlətin sosial tərəfdaşı olan ASK da öz növbəsində təmsil etdiyi özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyəti İşçi Qruplara təqdim edib.

Qeyd edək ki, ötən müddətdə ASK-nın tərkibində fəaliyyət göstərən 14 sahəvi komissiyanın işi daha da gücləndirilmiş və toplanan təkliflər hüquqi çərçivəyə salınıb. Sahibkarlara göndərilən yazılı sorğulara verilən cavablar analiz edilib, onlardan onlayn iclaslar yolu ilə təkliflər toplanıb. Eləcə də Azərbaycanın bölgələrində fəaliyyət göstərən ASK-nın 40-dan çox nümayəndəsi də bu proseslərə cəlb olunaraq ümumilikdə ölkədəki iqtisadi vəziyyətlə bağlı əhatəli məlumatlar toplanıb.

Təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin və konfederasiyanın digər rəhbər şəxslərinin təmsil olunduğu İşçi Qrupların iclaslarında müzakirəyə çıxarılıb.

ASK-nın irəli sürdüyü təkliflər paketi genişdir və ziyan çəkmiş bütün sahibkarlıq sahələrini əhatə edir. Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi və sair təkliflər daxildir.

İşçi Qruplar bu müzakirələrin nəticələri əsasında təkliflər paketinin son variantını hazırlamalıdır.

Mənbə: https://vergiler.az/news/economy/7841.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!