Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsinin mütəxəssislərinə sertifikatlar təqdim edilib
2019-07-21 | Audit | 3506
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası maliyyə hesabatlılığı sahəsində sahibkarlara dəstək göstərilməsi məqsədilə, 2019-cu il 15-19 iyul tarixlərində “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda 5 günlük ödənişsiz təlimlər keçirmişdir.
Təlimlər “Praysvoterhauskupers”, “Davud Mamedov”, “Deloitte & Touche”, “Barattson” beynəlxalq auditor şirkətlərinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən keçirilmişdir.
Təlimdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi – “1 №li Bakı Avtonəqliyyat Müəssisəsi” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi – Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Auditorlar Palatası, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, SOCAR Baş ofis, SOCAR – Qaz İxrac idarəsi, SOCAR - “Azneft” İstehsalat Birliyi, SOCAR - “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, Atəşgah Sığorta - Star Sığorta Agentliyi MMC, Baku Hospitality Group, “AGNİ” İstilik Sistemlərinin Satışı, “CNCo.LTD” MMC, “Azermarka” MMC, “Artmood Agency” MMC, “Ante Technologies” MMC, “AZ-Evro TEL” MMC, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-ni təmsil edən 42 nəfər nümayəndələri iştirak etmişdir.
2019-cu il 19 iyul tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında təlimdə iştirak edən şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Professor Vahid Novruzov iştirakçıları salamlayaraq ölkə Prezidentinin rəhbərliyi altında son günlərdə şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə geniş məlumat verdi və təlimlərdə iştirak etmiş mütəxəssislərə uğurlar arzuladı.
Daha sonra moderatorlar “Davud Mamedov” MMC-nin direktor-auditoru Davud Məmmədov, “Barattson” MMC-nin direktoru Elşən Rəhimov, “Deloitte & Touche” MMC-nin auditorları Kənan Məmmədli, İlkin Zeynallı, Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, Sərbəst auditor Üzeyir Fətiyev, təlim iştirakçıları adından Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC-nin Maliyyə müdiri Fariz Quliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi – “1 №li Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müdir müavini - Baş mühasib Mübariz Namazəliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi – “1 №li Bakı Müəssisəsi” MMC-nin Baş mühasibi Şaban Gəncəyev , Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyi – Elektron Təhlükəsizlik Xidmətinin Baş məsləhətçi-hüquqşünası Emin Kərimov çıxış etmişlər. Natiqlər təlimlərin təşkilinə görə Auditorlar Palatasının rəhbərliyinə dərin təşəkkürlərini bildirmiş və bu cür təlimlərin davamlı olmasını xahiş etmişlər.
Sonda dinləyicilərə sertifikatlar təqdim edilmişdir.
Mənbə: http://audit.gov.az/index.php?type=xebergoster&id=461

Audit bölümünün son xəbərləri |