Mühasib (ödənişlər üzrə)

Şirkətin adı: Azerbaijan Fish Farm MMC
Vakansiya Mühasib (ödənişlər üzrə)
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2024-02-29
Telefon 994 51 201 15 60
E-poçt: hr@azfish.az
Şirkət barədə məlumat Azerbaijan Fish Farm MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür.

“Azerbaijan Fish Farm” MMC Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisidir. Onun layihələri ölkəmizin balıqçılıq irsinin dirçəldilməsinə və yeni təsərüfatların yaradılmasına yönəldilib. Biz Azərbaycan ərazisində nərə balığının növlərinin, forelin yetişdirilməsi, eləcə də, nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalarda bir yenilikçisiyik. Bütün məhsullar ətraf mühitə qayğı və beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunur. Şirkət aşağdaki genişmiqyaslı istehsal layihələrini özündə ehtiva edir: Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş istehsal təsərrüfatı. Məhz burada Bankə qəsəbəsində 1954-cü ildə Azərbaycanda ilk təcrübi nərə balığı yetişdirmə zavodu tikilib. Şirkət ən son müasir texnologiyadan istifadə edərək bu zavodu təkmilləşdirib və modernləşdirib Zaqatala, Qəbələ və Mingəçevir rayonlarında forel və Xəzər qızılbalığı yetişdirilməsi üzrə yetişdirmə təsərrüfatları Nərə balığı, sevruga və ağ balıq kimi balıq növlərindən “BakuCaviar” brendi adı altında qara kürü istehsalı və satışı. Bu brend ölkəmizə beynəlxalq aləmdə qara kürünün vətəni şöhrətini qaytarmışdır. BakuCaviarBoutique-ən yaxşı kürü və balıq delikateslərinin satışı “XəzərinSahilində” brendi adı altında balıq məhsullarının istehsalı və satışı; Şirkətin əsas prioriteti Xəzər dənizinin qiymətli balıq növlərinin populyasiyasının qorunub saxlanılması və bərpasıdır. Şirkət Azərbaycan iqtisadiyyatının balıqçılıq seqmentində balıq istehsalı və emalı sahəsində yeni beynəlxalq standartlar tətbiq edərək, yüksək keyfiyyətli geniş çeşiddə və hər kəs üçün əlçatan məhsul istehsal edərək ölkəmiz üçün bu vacib sənayenin inkişafını sürətləndirməkdədir. Yuxarıda qeyd edilənlərin hamısı həmçinin yüksək keyfiyyətli və qüsursuz xidmət, hər zaman təzə balıq, zərif qara kürü və müstəsna qastronomiyanın etibarlı tədarükçüsü olan #AzerbaijanFishFarm Azərbaycanda öz sahəsinin ən yaxşısı olduğunu daim təsdiqləyir.
İş barədə məlumat • Ödəniş sənədlərinin hazırlanması və İnternet Banking sistemində ödənişlərin həyata keçirilməsi;
• Bank əməliyyatlarının 1C proqramına daxil edilməsi;
• Kassa əməliyyatlarının uçotunun aparılması və 1C proqramına daxil edilməsi.
• ƏDV əvəzləşdirilməsi, proqrama daxil edilməsi və müvafiq hesabların yoxlanılması;
• Təhtəlhesab şəxslərlə hesablaşmalarının uçotunun həyata keçirilməsi;
• Digər tələb olunan tapşırıqların vaxtında və dəqiq icra olunması.
Tələblər • Ali təhsil (Mühasibat uçotu, maliyyə üzrə təhsil);
• Minimum 1 il mühasibatlıq sahəsində təcrübə;
• ACCA sertifikatların olması üstünlükdür;
• MS office, 1 C proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan dili əla, Rus dili və İngilis dili üstünlükdür;
• İstehsalat sahəsində təcrübə arzuolunandır;
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), yüksək analitiki düşüncə və komanda da işləmək qabiliyyətləri.
Sair məlumat • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
• İş yeri: Bakı şəhəri
• Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib (ödənişlər üzrə)” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!