Debitor borclar üzrə mühasib

Şirkətin adı: Camal LTD
Vakansiya Debitor borclar üzrə mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1 500 AZN
Son tarix : 2024-02-24
Telefon
E-poçt: hr@iceland.az
Şirkət barədə məlumat 25 İL DAVAM EDƏN YOLU - CAMAL LTD şirkəti bugün keyfiyyətli məhsulları ilə Azərbaycanın dondurma tələbatının böyük hissəsini ödəmək qabiliyyətindədir, CAMAL LTD yerli dondurma bazarının lideridir və onun “ICELAND” brendi isə ən nüfuzlu dondurma markasıdır!

Əlbəttə ki, qida sektorunun ən çox inkişaf etmiş rəqabətli bazarında – dondurma istehsalı sahəsində lider olmaq asan məsələ deyil. Bu halda “Camal” LTD bu rəqabətli bazarda lider olmağı necə bacarıb?

Bu suala cavab tapmaq üçün şirkətin olduqca səmərəli keçən, zəngin təcrübələri ilə yadda qalan 25 illik fəaliyyətinə qısaca nəzər salaq.

25 yaşlı “Camal” LTD-nin gördüyü işlərə nəzər saldıqda aydın görmək olur ki, əldə etdiyi nailiyyətlərlə kifayətlənməmə, sürətli inkişafa təkan verən yeniliklərin tətbiqində maraq göstərmə, müştəri məmnunluğunun hər bir zaman yüksək səviyyədə saxlanılmasını təmin etmə, bazarda hökmran mövqeyə yüksəldən əsas səbəblərdir. Bu gün şirkətin əsas hədəfi düzgün keyfiyyət və istehsal siyasətini davam etdirmək, alıcıların etimadını daha da artırmaq və Azərbaycan məhsulu olaraq İCELAND ticarət nişanlı dondurmaları dünya bazarında tanıtmaqdır.
İş barədə məlumat Debitor borclarının izlənməsi və təhlili;
Şübhəli Debitor borclarının müəyyən edilməsi;
Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
Gündəlik E-qaimələrin tərtib edilib göndərilməsi;
Tələblər Ali təhsilli olmalı
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Microsoft Office proqram bilikləri olmalı(Excel yüksək səviyyədə);
1C(8.3) proqramından istifadə edə bilmək
Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
Sair məlumat Is yeri: Bakı şəhəri Sulutəpə qəs
İş qrafiki: Həftə içi 6 gün;
Korporativ nömrə,nahar şirkət tərəfindən təmin olunur

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!