Satınalma üzrə mütəxəssis

Şirkətin adı: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
Vakansiya Satınalma üzrə mütəxəssis
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2024-01-19
Telefon
E-poçt: office@heqt.gov.az
Şirkət barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
İş barədə məlumat • dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili və keçirilməsi üzrə işlərin (satınalma komissiyasına zəruri təşkilati və texniki dəstəyin göstərilməsi, satınalmalarla bağlı bütün prosedurların, o cümlədən dəvətlərin, bildirişlərin və müqavilələrin göndərilməsinin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsi, şərtlər toplusunun hazırlanması, elanların yerləşdirilməsi və s.) görülməsi;
• satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
• satınalmalara dair sənədlərin tərtib olunması;
• satınalma ilə bağlı yazışmaların aparılması;
• qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;
• satınalmaya dair hesabatın tərtib olunması;
• malların tədarükü (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin cari və yarana biləcək ehtiyaclarının öyrənilməsi, tələbatlarının proqnozlaşdırılması;
• satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.
Tələblər ali təhsil;
• dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;
• dövlət satınalmalarının vahid internet portalı ilə (https://etender.gov.az/) işləmək bacarığı;
• MS Windows, MS Office proqramlarından istifadə bacarığı.
Sair məlumat Müraciət edən namizədlər arasından yalnız yuxarıda qeyd olunmuş tələblərə uyğun gələnlər müsabiqəyə dəvət olunacaqlar.

Maraqlanan namizədlər öz anketlərini (CV) office@heqt.gov.az e-mailinə göndərə bilərlər.

Son tarix: 19.01.2024-cü il

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!