BÜDCƏLƏMƏ VƏ HESABATLILIQ ÜZRƏ MÜDİR MÜAVİNİ

Şirkətin adı: "Təmiz Şəhər" ASC
Vakansiya BÜDCƏLƏMƏ VƏ HESABATLILIQ ÜZRƏ MÜDİR MÜAVİNİ
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 2500-3000
Son tarix : 2022-11-09
Telefon (012) 464-41-12
E-poçt: hr@tamizshahar.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək
- Büdcə planlama prosesinin təşkilinin, formalaşdırılmasının, icrasının təmin edilməsi və büdcə, planlama təhlillərinin aparılması
- Büdcə illəri üzrə maliyyə vəziyyətinin təhlili, müqayisəsi və gələcək illər üzrə proqnozların hazırlanması
- Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək
- Optimizasiya məqsədilə təhlillər aparmaq və onların nəticələri əsasında təkliflər hazırlamaq
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək
- Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğun hesabatların hazırlanması
- MHBS əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin aparılması və müqayisəli cədvəllərin hazırlanması
- Müəssisənin maliyyə uçotunun MHBS tələblərinə uyğunluğunun yoxlanılması
- Maliyyə Hesabatlarının Beynəlxalq - Standartlarında baş verən dəyişikliklərin və yeniliklərin izlənilməsi və tətbiq edilməsi
- Maliyyə hesabatlarının aidiyyəti üzrə vaxtında təqdim edilməsini təmin etmək

- Iş qrafiki: I-V günlər
Tələblər - Maliyyə/mühasibat sahəsi üzrə ali təhsil
- Maliyyə hesabatlılığı sahəsində 5 il rəhbər vəzifələrdə iş təcrübəsi
- ACCA üzrə F3, F7, F9 dərəcələrinə malik olması
- CİMA, CFA maliyyə yönümlü sertifikatların olması üstünlükdür
- Analitik düşünmə, təhlil etmə, problemləri həll etmə, təqdimat və idarə etmə bacarığı
- Azərbaycan, ingilis və rus dili biliklərinin yüksək səviyyədə olması
- MS Office (o cümlədən MS Excel-Macro) və 1C proqramlarında sərbəst işləmək bacarığı
Sair məlumat

Mənbə: https://www.boss.az/vacancies/201502

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!