Baş Mühasib

Şirkətin adı: Qazax Sement Zavodu MMC
Vakansiya Baş Mühasib
İş yeri (Şəhər): Qazax
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2022-02-13
Telefon
E-poçt: Hamza.Xocayev@qsz.az
Şirkət barədə məlumat
İş barədə məlumat Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
Zavod tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə zavodun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının zavodun təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
Logo proqramına vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi, yekun hesabatların hazırlanması üçün lazimi əməliyyatların aparılmasına nəzarət edir.
Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları rtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və zavodun bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
Vəzifəsindən irəli gələn digər işləri həyata keçirir.
Tələblər Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
Minimum 3 il iş təcrübəsi olmalıdır;
Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.
Sair məlumat Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
Aylıq mobil rabitə limiti ilə təmin olunur,
Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!