Mühasib

Şirkətin adı: Nurgun Holding
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2021-12-23
Telefon
E-poçt: hr@nurgun.az
Şirkət barədə məlumat Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir.

«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.

“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.

“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.
İş barədə məlumat Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı
Vergi və muhasibat uçotunun aparılması
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
Əmək haqqı,məzuniyyətlərin aparılması
Debitor və kreditor hesblaşmaların aparılması
Tələblər Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
Mühasibatlıq və Vergi bilikləri;
Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
İş təcrübəsi min. 2 il;
Yaş həddi: 28-35;
Sair məlumat CV göndərərkən mövzu qismində " Mühasib " sözünün yazılması mütləqdir!

Mənbə: www.jobsearchz.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!