Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?


Cavab

Vergilər Nazirliyinin mövzu ilə bağlı şərhində bildirilir ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

Mənbə: https://vergiler.az/news/taxes/3871.html

2019-09-01 | Vergilər | Baxılıb: 1613 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!