Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Salam. MMC 5 il müddətinə lisensiya almişdir. Lisenziyanın alınması ücün 5500 manat odənilmişdir. 2015-ci ilqən ASC-yə cevrilmiş və müddətsiz lisensiya almaq ücün 2750 manat odəmişdir. Xahiş edirəm, mənə izah edəsiniz müxabirləşmə necə olmalıdır və ləğv edilmiş lisenziyanın silinmə qaydası necədir?


Cavab

Salam.

Əgər müəssisə ilk dəfə aldığı lisenziyanı qeyri-maddi aktiv kimi tanıyıbsa, o zaman, qüvvədən düşmüş lisenziyanın balans dəyəri müvafiq dövrdə zərər kimi tanınmalıdır.

Köhnə hesablar planında
Dt 48 Kt 04 - Köhnə lisenziyanın ilkin dəyəri
Dt 05 Kt 48 - Köhnə lisenziya üzrə hesablanmış amortizasiya
Dt 48 Kt 80 - Lisenziyanın ləğv edilməsi ilə bağlı zərər tanınır

Yeni hesablar planında
Dt 731 Kt 101 - Köhnə lisenziyanın ilkin dəyəri
Dt 102 Kt 731 - Köhnə lisenziya üzrə hesablanmış amortizasiya
Dt 731 Kt 801 - Lisenziyanın ləğv edilməsi ilə bağlı zərər tanınır

Yeni lisenziya isə müddətsiz olduğundan hər il 10% amortizasiya hesablanacaqdır. AR Vergi Məcəlləsinin 114.3.6. maddəsinə əsasən: istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən edilir.

Köhnə hesablar planında
Dt 04 Kt 60 - Yeni lisenziyanın ilkin dəyəri.
Dt 20 Kt 05 - Yeni lisenziyanın amortizasiyası.

Yeni hesablar planında
Dt 101 Kt 531 - Yeni lisenziyanın ilkin dəyəri.
Dt 202 Kt 102 - Yeni lisenziyanın amortizasiyası.

2016-02-28 | Mühasibat uçotu | Baxılıb: 5183 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!