Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Maliyyə meneceri ( Gəncə şəhəri )

Şirkətin adı: Company
Vakansiya Maliyyə meneceri ( Gəncə şəhəri )
İş yeri (şəhər): Gəncə
Əmək haqqı:
Son tarix : 2018-08-29
Telefon
E-poçt: rpghumanresource@gmail.com
Şirkət barədə məlumat
İş barədə məlumat Ümumi müddəalar:

 Hazırkı vəzifə təlimatı maliyyə direktornun funksiya borcunu, hüquq və məsuliyyətini müəyyən edir.
 Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəsisənin direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.
 Baş menecerin iş yerində müvəqqəti olmadığı hallarda onun işinin icrası qismən yaxın funksiyaları icra edən əməliyyatlar üzrə direktora həvalə edilir. İşin həvalə edildiyi əməliyyatlar üzrə direktor müvafiq hüquqlar əldə edir və həmin işin lazımi qaydada icrasına məsuliyyət daşıyır.

Əmək funksiyaları:

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

 Bütün satış və satınalmaları, maaşların verilməsini və mehmanxananın xərclərini izləyir və təsdiq edir.
 Daxili yoxlamaların dəyərini və faydalarını mehmanxana işçilərinə və rəhbər heyətə başa salmaq və onlara bu sahədə məsləhətlər verə bilmək və mehmanxananın səmərəli fəaliyyətinə nail olmaq məqsədilə mehmanxana əməliyyatlarına aid maliyyə məlumatlarını təhlil edir. Maliyyə məlumatlarının başa düşülməsində bütün şöbələrin başçılarına yardım edir, onlara bu mövzuda və rentabelliyin maksimal həddə çatdırılmasına istiqamətlənmiş fəaliyyət kursu barədə onlara məsləhətlər verir.
 Mehmanxananın fəaliyyətinə baxış keçirir və mehmanxananın fəaliyyətinə aid aylıq hesabatlar tərtib edir. İl ərzində aylıq, üz aylıq və altı aylıq gözlənilən nəticələr və büdcələr hazırlayır bu nəticə və büdcələrdən önəmli yayınmalar və bu yayınmaların mehmanxana fəaliyyətinə təsiri barədə mehmanxananın rəhbər kadrlarına, şirkətə və mehmanxana sahiblərinə məlumat verir.
 Lazım olan proqnoz və büdcələri işləyib hazırlayır ( İllik, yenidən nəzərdən keçirilmiş illik, aylıq və/və ya şirkətin və mehmanxana sahiblərinin tələbinə əsasən ). Mehmanxananın aktivlərinin təhlükəsizliyini təmin etmək məqsədilə daxili yoxlamalar təşkil edir və bu yoxlamalara nəzarət edir. Mehmanxananın gəliri, xərcləri, aktivləri və borc öhdəlilərinə nəzarət məqsədilə daxili nəzarət sistemi formalaşdırır və mühasibat uçotunun GAAP və vahid mühasibat uçotu sisteminə əsasən təşkilinə təmin edir.
 Maliyyə Şöbəsinin işçilərini işə götürür, onları təlimatlandırır, onlara məsləhət verir və lazım gələrsə onlarla əlaqədar inzibati tədbirlər görür. Mühasibat uçotunun GAAP və Hilton qaydalarına əsasən təşkili və maliyyə məlumatlarının şöbə başçılarına, mehmanxananın rəhbər kadrlarına, şirkətə və mehmanxananın sahiblərinə vaxtlı-vaxtında çatdırılması məqsədilə mühasibat şöbəsinin işçilərinin fəaliyyətini istiqamətləndirir.
 Lisenziya, icazə və sığorta polislərinin alınmasını və yerli, mərkəzi hökumətin qanunlarına uyğun olmasını təmin edir. Bütün müqavilə və sazişlərə nəzarət edir, bu müqavilə və sazişlərin şərt və müddəaları, gətirə biləcəyi faydalar barədə mehmanxananın rəhbər heyətinə məsləhətlər verir.
 Nağd vəsaitlərin idarə edilməsi, o cümlədən nağd vəsaitlərin dövriyyəsinə aid hesabatların və lazım gələrsə, mehmanxananın maliyyə vəziyyətindəki dəyişikliklər barədə hesabatların hazırlanması üçün məsuliyyəti öz üzərinə götürür. Satınalma, nağd vəsaitlərdən istifadə, xərclər, inventar, mehmanxana avadanlıqları, bütün kilidləri aça bilən açarlar və kadrların iş stajı kimi məsələlərə nəzarət məqsədilə daxili maliyyə yoxlamaları sistemi təşkil edir və bu sistemdən istifadə edir.
 Kapital xərclərə maliyyə nəzarətini təmin edir. Kapital qoyuluşu layihələrinin müəyyən olunmuş qaydada hazırlanması və maliyyə sahəsində gözlənilən nəticələri də nəzərə almasına çalışır. Kapital qoyuluşu layihələri həyata keçirildikdən sonra həmin layihələrlə əlaqədar audit yoxlaması təşkil edir.
 Mehmanxananın fəaliyyətinin şirkətin siyasətinə (SPİ standartları), hökumətin qayda və nizamlamalarına uyğun olmasını təmin edir. Şirkət qaydalarına uyğun olaraq, aşkarladığı nöqsan və çatışmazlıqlar barədə Baş Direktora və mehmanxananın fəaliyyətinin maliyyələşdirilməsi üzrə vitse-prezidentə məlumat verir.
 Yoxlama personalının maliyyə vəsaitlərinin idarə edilməsi (maliyyə menecmenti) sahəsində təhsilinə rəhbərliyi öz üzərinə götürür.
 Balans hesabatındakı bütün hesabların bir-birinə uyğunlaşdırılmasının vaxtında başa çatdırılmasını təmin edir.
 Mehmanxananın, Hilton Hotels Corporation şirkətinin və mehmanxana sahiblərinin mənafelərinin ən yüksək səviyyədə müdafiəsini təmin edir. Lazım gələrsə Hilton Hotels Corporation şirkətinin hüquq şöbəsindən əlaqədar mövzularda məsləhətlər alır.
 Maliyyə sənədlərinin saxlanılması sahəsində həyata keçirilən siyasətin şərtlərinə əməl edilməsinə çalışır.
 Rəqabət şərtlərinin təmin edildiyi tenderə rəhbərlik edir.
 Daxili və xarici audit proseslərinə yardım edir. Qəbul edilmiş tövsiyələrin həyata keçirilməsini təmin edir.
 Mühasibat uçotu ilə əlaqədar daxil olan sorğu və tələblərə vaxtlı-vaxtında cavab verilməsini və nəticə etibarilə müştəri məmnuniyyətini təmin edir.
 Mehmanxana daxilindəki kompüter şəbəkəsinin fəaliyyəti və kompüterdən istifadə barədə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir.
 Digər şöbələrin fəaliyyətini dəyərləndirə bilmək və həmin şöbələrin fəaliyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verə bilmək məqsədilə şöbələrin toplantılarında iştirak edir.
 Baş Direktor və ya şirkətin maliyyə şöbəsinin rəhbərinin qarşıya qoyduğu digər vəzifələri icra edir.
Tələblər
Sair məlumat

Mənbə:www.jobsearch.az




   Vakansiyalar
   CV Bankı
   İş elanını əlavə et
   CV-nizi əlavə edin
   
   
   
   
   


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!