Mühasib

Şirkətin adı: Atena Group CSC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2022-07-24
Telefon
E-poçt: cv@atena.az
Şirkət barədə məlumat
İş barədə məlumat Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparmaq;
Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
Vergi orqanları ilə yazışmaları aparacaq, E-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari tibbi sığorta fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək;
Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Tələblər Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi
MS Office, BTP və digər ERP proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər;
Rus və İngilis dili biliyi və ACCA F3, F7, Dipİfr, PMS olması arzuolunandır.
Sair məlumat İş yeri: Bakı şəhəri, Ə.Rəcəbli 25 D
İş qrafiki: 5 günlük
İş şərtləri: Şirkət tərəfindən nahar və korporativ xətt təminatı
Staj: 3 il
Yaş: 25 — 45 yaş
Təhsil: Natamam ali təhsil (bakalavr)
İş rejimi: Tam iş günü (5 gün)

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!