Mühasib - operator

Şirkətin adı: İntex Audit
Vakansiya Mühasib - operator
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-04-12
Telefon
E-poçt: vacancy@intexaudit.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Mühasibatlıq işləri və Vergi məsləhətləri xidməti ilə bağlı müraciət etmiş müştəriləri qəbul etməli, istəklərini dinləməli, çətinliklərinin həlli ilə bağlı məsləhətlər verməli;
- Xidmət müqavilələrini və xidmət haqqı ödəniş qəbzlərini yazmalı, imzalatdırmalı və müştəri qovluğuna yerləşdirməlidir;
- Müştərinin ASAN İmza nömrəsini, Şəxsi hesab vərəqəsinə giriş kod, parol və şifrəsini akt əsasında müştəridən təhvil almalıdır, müştəri qovluğuna yerləşdirməlidir;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
- Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əsasən sadələşmiş və MÖMV bəyannamələrini), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Müştərilərin şəxsi hesab vərəqələrini nəzarətdə saxlamaq, yaranmış borclar barədə SMS vasitəsilə müştərini zamanında məlumatlandırmaq;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi (I - V günlər 09:00 - 17:00, VI gün 09:00 - 15:00);
- Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)
Tələblər - Azı 3 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Mühasibat uçotunda baza biliklərinə sahib olmalıdır;
- İlkin sənədləşmələri, hesabatlar hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
- Müştəri işlə ünsiyyət qurmaq, müştərinin istəklərinə diqqət göstərmək bacarığı olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.
Sair məlumat Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az email ünvanına göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!