Mühasib

Şirkətin adı: Subrano
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 500 AZN
Son tarix : 2019-08-31
Telefon
E-poçt: info@subrano.co
Şirkət barədə məlumat SUBRANO 1997-ci ildə fəaliyyətə başlamış, Azərbaycanda ilk sənayevi üsul ilə mebel istehsal edən firmalardandır. 2018-ci ildən, Ağıllı Mebel istehsalına başlamışdır. Eyni zamanda GID (Grand Interior Design) və Castiron’s brendi adı altında müxtəlif çeşidli divan, mətbəx, uşaq dəsti istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı ağıllı mebel məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 200-ə qədər məhsul çeşidi vardır.
İş barədə məlumat - Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək.
- İstehsal ərazisindəki mədaxil və məxaric üzrə hesabatların aparılması və 1C programına düzgün tərtib edərək sistemə işləmək.
- Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq.
- Hesabat ayı bitdikdən sonra material anbarı ,hazır məhsul anbarı üzrə hesabatın və müvafiq təsdiq edici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması .
- Hər ay sonu, müvafiq ay üzrə bütün xərclərin təqdimi və lazımi bütün statistikanın vəzifəli şəxsə təqdimi
- Əmək haqqı: 500 AZN + (Sınaq müddətindən sonra artabilər)
- İş yeri Ukrayna dairəsi, Əhmədli, Bakı
- İş qrafiki: 10:00-18:00 – I - VI günlər.(Şənbə günü yarım, Bazar günü tam istirahət)
- 2 ay sınaq müddətidir.
Tələblər - Yaş: 30 – 45
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali (Xaricdə təhsil almış namizədlərə, yaş məhdudiyyəti olmadan üstünlük veriləcəkdir.)
İ- ş təcrübəsi: minimal 5 il
İqtisadiyyat və maliyyə sahəsində ali təhsil
- Excel və 1C programlarını mükəmməl bilmək
Sair məlumat Mütləq Şəkilli və PDF formatda CV Mətn mövzu hissəsində “Mühasib” Mütləq qeyd etməli və info@subrano.co e-poçt ünvanına CV göndərməlidir.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!