Mühasib

Şirkətin adı: Grow Audit and Consulting MMC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-08-26
Telefon
E-poçt: hr@grow.az
Şirkət barədə məlumat 2011-ci ildə təsis olunan Grow Audit and Consulting MMC şirkəti Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilən audit lisenziyasına əsasən fəaliyyət göstərir.

Grow Audit and Consulting MMC iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, mülkiyyətin istənilən formalı müəssisələrə və təşkilatlara audit xidməti göstərilməsi üzrə ixtisaslaşmışdır.

Grow Audit and Consulting MMC -mühasibat uçotu, vergi münasibətləri və audit sahəsi üzrə istənilən problemli vəziyyəti həll etməyi bacaran ən yüksək bilik və səviyyəli auditor və peşəkar mühasiblərin cəmləşdiyi müəssisədir.
İş barədə məlumat - Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqının hesablanması
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
- İstirahət günləri şənbə-bazar
- Bilik səviyyəsindən asılı olaraq əmək haqqı dəyişə bilər
- Şəkilsiz CV baxılmayacaq
Tələblər - Ali təhsili
- Cins - kişi/qadın
- Səlist Azərbaycan, Rus və İngilis dillərində danışıq bacarığı
- Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
- Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi
- Kollektiv ilə işləmə bacarığı
Sair məlumat

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!