Xəzinədar (Pərakənda satış sektoru)

Şirkətin adı: Sinteks Group of Companies
Vakansiya Xəzinədar (Pərakənda satış sektoru)
İş yeri (Şəhər):
Əmək haqqı:
Son tarix : 2019-08-09
Telefon
E-poçt: recruitment.sales@sinteks.com
Şirkət barədə məlumat 996-cı ildə Bakı şəhərində əsası qoyulan SINTEKS şirkəti bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Hal hazırda şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə Xəzinədar (Pərakənda satış sektoru) tələb olunur.
İş barədə məlumat • Etiket qaydalarına uyğun olaraq müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək
• Müvafiq satış əməliyyatlarını yerinə yetirmək və satış üzrə əməliyyatları proqram təminatında icra etmək (pərakəndə satış üçün)
• Müştərilərin ödənişlərini qəbul etmək və POS-terminal vasitəsilə nağdsız ödənişləri həyata keçirmək
• Günün yekun hesabatının aparılması və verilən pulların mühafizəsinin təmin edilməsi
• Pul və POS terminal çeklərinin təyinatı üzrə verilməsi
• Mağazaya malların qəbulu
• Yerinə yetirilmiş iş üzrə müvafiq şəxslərə hesabatların təqdim edilməsi
Tələblər • Xəzinədarlıq üzrə təcrübə (arzu olunandır)
• Ali və ya Orta ixtisas təhsili
• Rus və Azərbaycan dillərini bilmək
• MS Office proqramlarını bilmək
• Bakı şəhərində qeydiyyatda olan namizədlərə üstünlük verilir
Sair məlumat Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Xəzinədar” qeyd etmələri xahiş olunur.

Mənbə:www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!