Mühasib

Şirkətin adı: BRPG LLC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 800-1000 AZN
Son tarix : 2019-07-24
Telefon
E-poçt: hr@brpg.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Mal-material və əsas vəsaitlərin uçotunun aparılması:
- Mal-materiala dair alış sənədlərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifarişlərinə uyğun olub-olmamasının yoxlanılaraq işlənməsi;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
- Anbarlarla mütəmadi üzləşmələrin aparılması ;
- Aylıq inventarizasiyaların aparılmasının təşkili və onların aparılmasında iştirak edilməsi, nəticələrin təhlil edilməsi və mal-material uçotuna lazımi dəyişikliklərin edilməsi;
- Malgöndərənlərlə hesablaşmalın və aylıq üzləşmələrin aparılması;
- Kassa və ezamiyyə sənədlərinin hazırlanması;
- Təh-təl şəxslərlə hesablaşmalar və onların uçotu;
- Tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanıb verilməsi.
- Bazar ertəsi – cümə: saat 9:00 – 18:00
- Şənbə: saat 9:00 – 15:00
- Nahar ilə təmin olunma.
- 3 aylıq sınaq müddəti nəzərdə tutulur.
Tələblər - Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə ən azı 2-3 il ciddi iş təcrübəsi;
- 1C 8.2,8.3 proqramlarında yaxşı işləmə bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Yüksək analitik qabiliyyət, cəld işləmə bacarığı;
- İşə məsuliyyətli yanaşmaq, dəqiq və səliqəli işləmək, nizam-intizama riayət etmək;
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür)
Sair məlumat Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi hr@brpg.az ünvanına mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlərsiniz.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!