Maliyyə müdiri ( Yevlax rayon Mərkəzi Xəstəxanası )

Şirkətin adı: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiya Maliyyə müdiri ( Yevlax rayon Mərkəzi Xəstəxanası )
İş yeri (Şəhər): Yevlax
Əmək haqqı: 1872 AZN
Son tarix : 2019-07-10
Telefon
E-poçt: hr@its.gov.az
Şirkət barədə məlumat
İş barədə məlumat • İllik büdcə layihəsini tərtib etmək və direktorun müzakirəsinə təqdim etmək;
• Təsdiq olunmuş büdcənin icrasına gündəlik nəzarəti həyata keçirmək;
• Hesabat dövrü ərzində faktiki və nəzərdə tutulmuş büdcə məlumatlarını üzləşdirmək, büdcənin icrası haqqında hesabatları tərtib edib struktur bölmələrə təqdim etmək;
• Xəstəxanada aparılan maliyyə əməliyyatları üzrə fəaliyyəti mütəmadi olaraq təhlil edib və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
• Xəstəxanada mühasibat uçotunun avtomatlaşdırılması və tətbiq olunan mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə bağlı işləri icra etmək;
• Xəstəxana üzrə mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
• Xəstəxananın aylıq, rüblük və illik maliyyə hesabatlarını rəhbərliyə təqdim etmək;
• Öz səlahiyyətləri daxilində icbari tibbi sığorta sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;
• Xəstəxananın saxlanılması üçün icbari tibbi sığortanın maliyyə mənbələri hesabına daxil olan vəsaitin təyinatı üzrə və səmərəli istifadə edilməsini həyata keçirmək;
• Xəstəxananın dövlət orqanlarına təqdim etdiyi hesabatlara (vergi, statistika, əmlak və.s) nəzarəti həyata keçirmək;
• Xəstəxananın aktiv və öhdəliklərinin uçotunun həyata keçirilməsinin təmin olunmasını və onlara nəzarəti təşkil etmək;
• Xəstəxananın işçilərinə əmək haqlarının və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, habelə əmək haqlarından və digər ödəmələrdən vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
• Xəstəxana üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən icmallaşdırılmış maliyyə hesabatlarını hazırlamaq;
• Şöbədə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;

• Qanunvericiliyə uyğun olaraq vergi, kommersiya və bank sirrinin və xidməti məlumatların
qorunmasını təmin etmək;
• Xəstəxananın maliyyə üzrə ilkin sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və arxivləşdirilməsini həyata keçirrmək;
• Səlahiyyətlərinə aid məsələlərlə bağlı şöbəyə daxil olan müraciətlərə baxmaq, sorğu və məktublara cavab hazırlamaq;
• Xəstəxana rəhbəri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.
• Əmək haqqı (vergi və digər tutulmalar daxil) 1872 azn
Tələblər • Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit);
• Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı;
• Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
• MS Excel istifadəçisi olmalı;
• İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları.

Sair məlumat Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!