Mühasib

Şirkətin adı: Caspian Oilfield Services Inc.
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1000 AZN
Son tarix : 2019-05-19
Telefon
E-poçt: office@cos.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Baş ofisə təqdim etmək üçün aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Şirkətin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
• İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Tələblər • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• IFRS üzrə biliklər;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
Sair məlumat CV-ləri məktubun mövzu hissəsində “Mühasib” qeyd etməklə office@cos.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!