Məsrəflər, xərclər və maya dəyəri


Xərclər - məhsul, iş və xidmətlərin istehsalında istifadə olunan resurların alınması üçün çəkilən xərclərin pul formasında əks etdrilməsi.

Məsrəflər - resursların azalması (faktiki istifadəsi) və ya müəssisənin borc öhdəliklərinin artması.

Xərclər istehsalatda faktiki istifadə edilən zaman məsrəf olurlar. Məsrəflər gəlirlər tanınan dövrdə uçota alınırlar (hesablama metodu).

Misal üçün, isehsal üçün alınan materiallara verilən pul xərcdir. Materialların istehsalatda istifadəsi isə məsrəfdir.

Məhsulun (işin, xidmətin) maya dəyəri istehsal (xidmət) prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəfləri özündə əks etdirir.

Məhsulun (işin, xidmətin) maya dəyərini əmələ gətirən məsrəflər onların iqtisadi məzmununa görə aşağıdakı elementlər üzrə qruplaşdırılır:

  • хammal, matеriallar, yanacaq, еlеktrik еnеrjisi və digər təbii еhtiyatlar;
  • işçi hеyətinin əməyindən istifadə оlunması ilə оnlara ödənilən əmək haqqı, mükafat və digər ödəmələr;
  • sоsial fоndlara, kadr hazırlığına və s. ayrılan pul vəsaiti;
  • əsas vəsaitlər, qеyri-maddi aktivlər və digər əmək alətlərinin istifadə оlunması ilə оnların dəyərinə köhnəlmə (amоrtizasiya) hеsablanır və həmin məbləğ daхil еdilir;
  • sair məsrəflər.
Maya dəyərinin aşağıdakı növləri fərqləndirilir
  1. Operativ formalaşmasına görə:
    • Faktiki maya dəyəri
    • Plan maya dəyəri
  2. Xərclərin tam daxil edilməsinə görə:
    • Sexin maya dəyəri
    • Ümumistehsal maya dəyəri
    • Tam maya dəyəri (ümumistehsal + satış)
  3. İstehsal edilən məhsulun həcminə görə:
    • Bir ədədin maya dəyəri
    • Cəm istehsalın maya dəyəri



Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-07-29 tarixində yenilənib.

Məsrəflər, xərclər və maya dəyəri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!