Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə uçota alınacaq

2019-01-10 | Vergi | Baxılıb: 154 dəfə | Çap et

İqtisadi maraqlar mərkəzi - vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox istifadə edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir.

İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin yenidən uçotu ilə bağlı iki yeniliyi vurğulayıb: "İlk yenilik odur ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olduğu halda, vergi orqanı həmin şəxsi Bakı şəhərində təsərrüfat subyekti (obyekti) üzrə qeydiyyata alacaq.

İkinci yenilik isə iqtisadi maraqlar mərkəzi ilə bağlıdır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda, həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin həm Bakı, həm də Gəncə şəhərində təsərrüfat subyektləri (obyektləri) olduğu halda, vergi orqanı həmin vergi ödəyicisini hansı regionda gəliri çoxdursa, həmin region üzrə yenidən uçota alacaq". Ekspert qeyd edib ki, bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyiciləri dedikdə, əsasən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr nəzərdə tutulur.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə vergi ödəyicilərinin uçota alınmasının kifayət qədər səmərəli bir forması olacaqdır: "Bu üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyicilərinin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir. Bəlli məsələdir ki, əsas fəaliyyət yerindən uzaqda vergi ödəyicisi kimi uçota durmaqda məqsəd vergidən yayınmaqdır. Bunun başqa izahı yoxdur. Məsələn, böyük fəaliyyət meydanından kənarda kiçik bir bərbərxana açmaqla orada vergi uçotuna dayanıb əsas fəaliyyət müəssisələrini bu yolla vergi nəzarətindən kənarda saxlamaq mümkün idi. Yeni qaydalar bütün bu "üsulların" qarşısına sədd çəkəcək. Bir neçə yerdə fəaliyyəti olan vergi ödəyicisi üçün vergi ödəmək yerli vergi orqanları tərəfindən qanunun tələblərinə müvafiq qaydada seçiləcək".

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/407.html




Son Vergi xəbərləri

2019-01-15 | Vergi cənnətlərində oyun qaydaları dəyişir
2019-01-14 | Cari vergi ödənişində yenilik - HESABLAMA QAYDASI
2019-01-10 | Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib
2019-01-10 | Vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə uçota alınacaq
2018-01-09 | Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar vergi ödəyiciləri üçün məlumat
2018-01-08 | Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib
2019-01-04 | Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə məlumat forması (topdan və lizinq)
2019-01-04 | Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar
2019-01-04 | 2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə Y A D D A Ş
2019-01-03 | Əhaliyə ƏDV-nin qaytarılmasına ən tezi apreldən sonra başlanılacaq - VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Mühasib
Maliyyəçi
Mühasib
Mühasib
Mühasib
Kiçik Mühasib
Daxili audit şöbəsinin müdiri

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!