Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Nağdsız hesablaşmalar stimullaşdırılır

2019-01-04 | İqtisadiyyat | Baxılıb: 287 dəfə | Çap et

Vergi Məcəlləsinə dəyişikliklərdə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulub

Yeni azadolmalar

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (vəya) ictima iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər (fərdi sahibkar) tərəfindən büdcəyə ödənilməli olan mənfəət (gəlir) vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
Misal

Gəlirlərin və xərclərin uçotunu qanunvericiliyə uyğun aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri mənfəət vergisindən azad edilir.

Daha bir yeniliyə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir və paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərə bu azadolma tətbiq edilmir.

İqtisadçı rəyi

İqtisadçı ekspert Rəşad Əliyev bildirir ki, dövlətin müəyyən etdiyi strateji hədəflərdən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Son illərdə sahibkar fiziki və hüquqi şəxslər arasında hesablaşmalarda nağdsız əməliyyatların xüsusi çəkisi xeyli artıb. Buna qanunvericilikdə birbaşa və dolayı tələblərin qoyulması ilə nail olunsa da, hökumət bu sahədə əlavə stimullaşdırıcı addımlar atmaqla daha yüksək nəticənin əldə olunmasına çalışır. Bu addımların həm nağdsız qaydada ödənişi həyata keçirənlərə, həm də ödənişi qəbul edənlərə nisbətdə tətbiq edilməsi nəzərdə tutulurdu: "Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə bu cür stimullaşdırıcı addımları görürük. Stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Məlum məsələdir ki, sadə vətəndaşlar nağdsız ödənişlərin bir hissəsini POS-terminallar vasitəsilə həyata keçirirlər. Bu cür ödənişlərin az olmasının əsas səbələrindən biri kimi bir çox ticarət və iaşə obyektlərinin plastik kartlarla ödəniş qəbul etməmələridir. Verilmiş güzəştlər POS-terminal vasitəsilə ödənişi qəbul edənlərə aid edilir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, nağdsız ödəmələrin ən çox "axsadığı" sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları POS-terminallar tətbiq etməyə stimullaşdırmaqdır".

Qeyd olunub ki, dəyişikliyin nəticəsi kimi pərakəndə ticarət və ictimai iaşə sahələrində POS-terminalların tətbiqinin, nağdsız ödəmələrin həcm və dövriyyəsinin artması gözlənilir ki, bu da büdcə daxilolmalarının artımında əksini tapacaq və işgüzar dairələr tərəfindən dəstəklənəcək: "Lakin POS-terminallara görə banklara ödənilən komissiya haqları ilə bağlı sahibkarların rastlaşdıqları bir sıra texniki və maliyyə məsələlərinin həlli tələb olunur. Bu, dəyişiklikdən sonra gözlənilən səmərənin artırılması, nağdsız hesablaşmaların stimullaşdırılması və genişləndirilməsi, sahibkarlıq subyektlərinin dövriyyəsinin leqallaşdırılması, uçot sistemində şəffaflığın təmin olunması üçün vacibdir".

F. İKRAMQIZI

Mənbə: http://vergiler.az/art-view/7749/




Son İqtisadiyyat xəbərləri

2019-01-10 | Sahibkarlıq subyektləri meyarılarının müəyyən edilməsində iki göstərici - işçilərin sayı və dövriyyəsi nəzərə alınır
2019-01-04 | Nağdsız hesablaşmalar stimullaşdırılır
2019-01-04 | İstehlakçıların vergi uçotunda iştirakı təmin ediləcək
2019-01-03 | Daha 2 rayonda KOB Dostu fəaliyyətə başladı
2018-12-27 | Sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısı yenidən dəyişir
2018-12-26 | Azərbaycanın Paying Taxes 2019 vergitutma reytinqində mövqeyi xeyli yaxşılaşıb
2018-12-23 | Sosial sığorta haqqında AR Qanununda dəyişiklik edilməsi barədə AR Qanunu
2018-12-21 | Dərmanlar üçün vergi aşağı salınır - PREZİDENTDƏN TAPŞIRIQ
2018-12-21 | Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri Vergilər Nazirliyinə verildi - FƏRMAN
2018-12-13 | Nazirlik rəsmisi: Vergi qanunvericiliyinə dəyişikliklər ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Mühasib
Maliyyəçi
Mühasib
Mühasib
Mühasib
Kiçik Mühasib
Daxili audit şöbəsinin müdiri

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!