Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi

2019-01-04 | Kadr işi | Baxılıb: 643 dəfə | Çap et

Vergi Məcəlləsində edilmiş dəyişikliklər arasında vergi və sığorta qanunvericiliyi ilə bağlı maddələr də var. Ən çox maraq kəsb edən məsələlərdən biri əmək müqaviləsi ilə muzdla işləyən fiziki şəxslərin gəlir vergisi və sığorta ödənişlərindəki dəyişikliklərdir.

Mütəxəssisin fikrincə...

Vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, fiziki şəxslərin gəlir vergilərində dəyişiklikləri iki hissəyə bölmək olar: "Birincisi, növbəti ildən gəlir vergisinə cəlb edilməyən hissə 173 manatdan 200 manata qaldırılır: bu, dövlət və qeyri-dövlət, neft və qeyri-neft bölməsindən asılı olmayaraq, bütün sahələrdə çalışanlara şamil olunacaq. İkincisi, gələn ildən qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində muzdla işləyənlər (yəni əmək müqaviləsi ilə çalışanlar) aylıq qazancları 8.000 manata qədər olarsa, gəlir vergisi ödəməkdən azad edilir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faizini ödəyəcək. Bu dəyişiklik dövlət bölməsinə şamil olunmur və növbəti 7 ildə qüvvədə olacaq".

Qeyd olunub ki, muzdla işləyənlərin (əmək müqaviləsi ilə çalışanların ) sosial-sığorta haqqı - aylıq gəlirləri 200 manata qədər olduqda, əvvəlki kimi, işçi üçün 3 faiz, işəgötürən üçün isə 22 faiz olaraq qalır. Yalnız qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində çalışanların aylıq gəliri 200 manatdan çox olduqda isə işçi 6 manat və 200 manatdan çox olan məbləğin 10 faizi, işəgötürən isə 44 manat və 200 manatdan çox olan hissənin 15 faizini sosial sığorta ayırması kimi ödəyəcəkdir.

Mütəxəssis bildirib ki, bununla da sahibkarın vergi və sığorta ödənişi, işçinin isə dövlət qarşısında sosial yükü azalmış olacaq: "Gələn ildən istər fiziki şəxs, istərsə də sahibkar olsun, öz əmək münasibətlərini müqavilə ilə rəsmiləşdirsələr, qeyri-leqal əməkhaqqı sistemindən uzaq dursalar, bu, onlar üçün faydalı olacaq, əks halda, ciddi sanksiyaya məruz qala bilərlər".

İqtisadçı rəyi...

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsini həm də iqtisadi islahatlar büdcəsi adlandırmaq olar: "Büdcə zərfinə əlavə edilmiş sənədlər toplusunda növbəti ildə ölkənin vergi sistemində və digər sahələrdə əsaslı islahatların aparılması nəzərdə tutulub. Təbii ki, iş adamlarının və biznes aləminin maraqlarını yüksək səviyyədə təmin edəcək vergi islahatları ölkə iqtisadiyyatının real sektorunun inkişafında inqilabi dönüşün baş verməsinə, "kölgə iqtisadiyyatı"nın leqallaşdırılmasına hesablanıb. Hökumət biznesin və muzdla çalışanların vergi yükünü 30-35 faiz azaltmaqla büdcə gəlirlərində müəyyən azalmalara yol versə də, əvəzində qeyri-neft sektorunun sürətli inkişafına, bir sıra neqativ halların aradan qaldırılmasına çalışır və bu yolla dövlətin xəzinəsinə daxilolmaların xeyli artacağına inanır. Bir sözlə, haqqında danışdığımız islahatlar həm biznesə, həm sadə vətəndaşlara, həm də dövlətə mühüm dividendlər gətirən bir iqtisadi strategiyadır".

Misal:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində (məsələn,ticarətdə) əmək müqaviləsi ilə muzdla çalışan şəxs 500 manat maaş alırsa, o, gələn ildən gəlir vergisi ödəməkdən azad olunacaq, amma 36 manat (6 manat + 300 manatın 10 faizi), onu işə götürən isə işçiyə görə 89 manat (44 manat + 300 manat- dan 15 faizi) sosial sığorta ödənişi edəcək.

Fəxriyyə İKRAMQIZI

Mənbə: http://vergiler.az/art-view/7746/




Son Kadr işi xəbərləri

2019-01-04 | Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi
2018-12-26 | 2019-cu ilin İş Vaxtı Norması və İstehsalat Təqvimi təsdiq edilib
2018-12-21 | Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam imzalamışdır
2018-12-19 | Nazir müavini: Vergidən yayınanlar gec-tez öz qarşısında vergi müfəttişini görməlidir
2018-12-17 | Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL
2018-12-13 | İstehsalat təqvimindəki uyğunsuzluqlar
2018-11-22 | Müqaviləsiz işçi işlətməyin cəzası artırılır
2018-11-08 | Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq
2018-10-31 | Xidməti müqavilə ilə işləyənlərin nəzərinə - yeni qaydalar hazırlanır
2018-10-08 | Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib
Maliyyəçi
Mühasib
Mühasib
Mühasib
Kiçik Mühasib
Daxili audit şöbəsinin müdiri

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!