Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb

2018-12-03 | Vergi | Baxılıb: 1284 dəfə | Çap et

Gələn ildən Azərbaycandakı makro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

"Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

"Bundan başqa, kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib. Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən ümumi qaydada 10% dərəcə ilə vergi tuturdu. Bununla da sahibkarlıq subyektlərinə şəffaf uçot apadıqları halda əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10% dərəcə ilə tutulan vergidən azad olunacaq", - deyə o, qeyd edib.

S. Musayeva mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırdı.

"Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyesterində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə 7 il müddətinə ƏDV-dən azad edlir. Bundan başqa, kiçik və orta biznes klsaterinin iştirakçısı olan sahibkarlıq subyetləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir".

Onun sözlərinə görə, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir: "Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir".

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyi-gelen-ilden-kicik-ve-orta-sahibkarlar-ucun-nezerde-tutulmus-vergi-guzestlerini-aciqla




Son Vergi xəbərləri

2018-12-13 | Kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq
2018-12-13 | Natiq Şirinov: Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara fəaliyyətlərini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək
2018-12-06 | Vergi Məcəlləsi: nə və necə dəyişib?
2018-12-03 | Azərbaycanda inzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq
2018-12-03 | Vergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb
2018-11-30 | Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
2018-11-26 | Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə - TAM MƏTNİ
2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!