Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə - TAM MƏTNİ

2018-11-26 | Vergi | Baxılıb: 3002 dəfə | Çap et

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:


Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (I kitab), maddə 583; 2001, N 7, maddə 454, N 9, maddə 576, N 12, maddə 734; 2002, N 5, maddə 249, N 12, maddə 707; 2003, N 8, maddə 425, N 12 (I kitab), maddə 671; 2004, N 1, maddə 1, N 11, maddə 887, N 12, maddə 980; 2005, N 2, maddə 61, N 8, maddə 688,   N 12, maddə 1081; 2006, N 12, maddələr 1005, 1026; 2007, N 1, maddə 4, N 6, maddə 597, N 8, maddə 745, N 11, maddə 1053, N 12, maddə 1192; 2008, N 7, maddə 602, N 11, maddə 960; 2009, N 7, maddə 506; 2011, N 1, maddə 14, N 7, maddələr 588, 603, N 12, maddə 1115; 2012, N 6, maddələr 500, 513, N 7, maddə 652, N 9, maddə 841, N 12, maddə 1226; 2013, N 2, maddə 91, N 4, maddə 366, N 11, maddə 1278, N 12, maddələr 1483, 1486, 1495; 2014, N 2, maddələr 94, 98, N 6, maddə 608, N 7, maddə 770, N 8, maddə 957, N 10, maddə 1158, N 12, maddə 1525; 2015, N 1, maddə 11, N 12, maddə 1433; 2016, N 2 (I kitab), maddə 207, N 3, maddələr 396, 402, N 5, maddə 848, N 6, maddələr 973, 974, 1015, N 7, maddə 1245, N 10, maddə 1603, N 11, maddələr 1752, 1792, 1793, N 12, maddələr 2001, 2037, 2046; 2017, N 2, maddə 146, N 5, maddələr 695, 723, 737, N 6, maddə 1055, N 7, maddə 1304, N 8, maddə 1509, N 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, N 2, maddə 149, N 5, maddə 863, N 6, maddə 1193, N 7 (I kitab), maddələr 1413, 1427; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1250-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:


1.1. aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

"1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.";


1.2. 13-cü maddə üzrə:

1.2.1. 13.2.7.2-ci maddədə "və övladlığa götürülmüş şəxslər" sözləri ", övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar və nənələr" sözləri ilə əvəz edilsin;

1.2.2. 13.2.15-ci maddənin birinci abzasına "bölüşdürülməsi" sözündən sonra ", o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması" sözləri, ikinci abzasına "gəlir" sözündən sonra "(bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla)" sözləri və "dəyəri" sözündən sonra "(bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.2.3. 13.2.16.14-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir;";

1.2.4. 13.2.65-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.65. transfer qiyməti - bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət;";

1.2.5. 13.2.71-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.2.72-ci - 13.2.80-ci maddələr əlavə edilsin:

"13.2.72. elektron kabinet - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi  ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;

13.2.73. iqtisadi maraqlar mərkəzi - vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;

13.2.74. kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri;

13.2.75. məcburi nişanlama - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər;

13.2.76. aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası;

13.2.77. innovasiya fəaliyyəti - iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyət;

13.2.78. KOB klaster şirkəti - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxs;

13.2.79. KOB klasterinin iştirakçısı - KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxs;

13.2.80. startap - innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Startap" şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti.";


1.3. 13.2.62-ci (birinci alda), 16.1.11-7-ci (birinci halda), 50.1.13-cü (birinci halda) və 176.4-cü (birinci halda) maddələrdən "qaimə-faktura və ya" sözləri çıxarılsın;


1.4. 14-cü maddə üzrə:

1.4.1. 14.3-cü maddədə "Bazar" sözü "Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar" sözləri ilə əvəz edilsin;

1.4.2. 14.3.3-cü və 14.3.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;";

"14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda;";


1.5. 14-1-ci maddə üzrə:

1.5.1. 14-1.2.2-ci maddəyə "bölməsi" sözündən sonra ", həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs" sözləri əlavə edilsin;

1.5.2. 14-1.4-cü maddədə "qiymətləri yalnız bu Məcəllənin 16.1.4-cü maddəsi ilə müəyyən edilən həddən yuxarı olan əməliyyatlara tətbiq edilir və" sözləri "qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq" sözləri ilə əvəz edilsin;


1.6. 16-cı maddə üzrə:

1.6.1. 16.1.3-cü maddəyə "(xərclərinin)" sözündən sonra ", o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)" sözləri əlavə edilsin;

1.6.2. aşağıdakı məzmunda 16.1.3-1-ci maddə əlavə edilsin:

"16.1.3-1. qanunla mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək;";


1.6.3. 16.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.4. vergi orqanlarına qanunla müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək;";

1.6.4. 16.1.8-ci maddəyə "hesablaşmalarını" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş" sözləri əlavə edilsin;

1.6.5. 16.1.10-cu maddəyə "aparılmasını" sözündən sonra "və yaranmış nasazlığın 3 iş günündən gec olmayaraq aradan qaldırılmasını" sözləri əlavə edilsin;

1.6.6. 16.1.11-3-cü maddəyə "məlumatları" sözündən sonra "elektron və (və ya) kağız daşıyıcılarda" sözləri əlavə edilsin;

1.6.7. 16.1.11-6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək:

16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

16.1.11-6.3. xüsusi notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;";

1.6.8. aşağıdakı məzmunda 16.1.11-9-cu maddə əlavə edilsin:

"16.1.11-9. məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək;";

1.6.9. aşağıdakı məzmunda 16.6-cı maddə əlavə edilsin:

"16.6. Sığortaçılar və təkrarsığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.";


1.7. 22-1-ci maddə üzrə:

1.7.1. adına "sanksiyalarından" sözlərindən sonra "və digər vəsaitlərdən" sözləri əlavə edilsin;

1.7.2. 22-1-ci maddəyə "məbləğinin" sözündən sonra "və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin" sözləri əlavə edilsin, həmin maddənin mətni 22-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 22-1.2-ci maddə əlavə edilsin:

"22-1.2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.";


1.8. 23-cü maddə üzrə:

1.8.1. 23.1.13-cü və 23.1.15-4-cü maddələrə "markalanmalı" sözündən sonra "və məcburi nişanlama ilə nişanlanmalı" sözləri əlavə edilsin;

1.8.2. 23.1.15-ci maddəyə "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;


1.9. 24-cü maddə üzrə:

1.9.1. aşağıdakı məzmunda 24.0.2-2-ci maddə əlavə edilsin:

"24.0.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;";

1.9.2. 24.0.6-cı maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;";

1.9.3. 24.0.7-1-ci və 24.0.7-2-ci maddələrdə "və texniki avadanlıqlarla" sözləri "ilə" sözü ilə əvəz edilsin;


1.10. aşağıdakı məzmunda 26.2-1-ci maddə əlavə edilsin:

"26.2-1. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onun informasiya resurslarında olan məlumatları rüb bitdikdən sonra növbəti rübün birinci ayının sonunadək qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hədlərdə elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.";


1.11. 30-cu maddə üzrə:

1.11.1. 30.6.3-cü maddədə "inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar" sözləri "ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə" sözləri ilə əvəz edilsin;

1.11.2. 30.6.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.8-ci - 30.6.10-cu maddələr əlavə edilsin:

"30.6.8. büdcə sistemi haqqında qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);

30.6.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);

30.6.10. "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün kredit bürolarına.";


1.12. 33.2-ci maddədə "Vergi ödəyicisinin" sözləri "Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin" sözləri ilə əvəz edilsin;


1.13. aşağıdakı məzmunda 33.10-cu maddə əlavə edilsin:

"33.10. Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir.";


1.14. 34-cü maddə üzrə:

1.14.1. 34.2-ci maddənin birinci abzasının birinci cümləsində "keçirməli" sözü "keçirir" sözü ilə və "şəhadətnamə verməlidir" sözləri "şəhadətnaməni elektron formada göndərir" sözləri ilə əvəz edilsin;

1.14.2. aşağıdakı məzmunda 34.2-1-ci maddə əlavə edilsin:

"34.2-1. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcıda da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir."; 

1.14.3. aşağıdakı məzmunda 34.3-1-ci maddə əlavə edilsin:

"34.3-1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.";

1.14.4. 34.7.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü gün müddətində vergi ödəyicisinə məlumat verilir.";


1.15. 36.3-cü maddədən ", yol" sözü çıxarılsın;


1.16. 38-ci maddə üzrə:

1.16.1. 38.5-ci maddədə "müvafiq icra hakimiyyəti" sözləri "vergi" sözü ilə əvəz edilsin;

1.16.2. 38.5.3-cü maddədə "mallar" sözü ", məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları" sözləri ilə əvəz edilsin;

1.16.3. 38.7.2-ci maddədə "şəxs" sözündən sonra "və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs" sözləri əlavə edilsin;


1.17. 43-cü maddə üzrə:

1.17.1. 43.1-ci maddədə "yalnız səyyar vergi yoxlanılması" sözləri "səyyar vergi yoxlaması və operativ vergi nəzarəti" sözləri ilə əvəz edilsin;

1.17.2. 43.2.1.4-cü maddədə "malların" sözü ", məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının" sözləri ilə əvəz edilsin;

1.17.3. 43.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"43.4. Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür.";


1.18. 49-cu maddə üzrə:

1.18.1. 49.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 49.1.4-cü - 49.1.6-cı maddələr əlavə edilsin:

"49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;

49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;

49.1.6. yeni qərarın qəbul edilməsi.";

1.18.2. aşağıdakı məzmunda 49.1-1-ci maddə əlavə edilsin:

"49.1-1. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.";


1.19. 50-ci maddə üzrə:

1.19.1. 50.1.2-ci və 50.1.9-cu maddələrə "markalanmalı" sözündən sonra "və məcburi nişanlama ilə nişanlanmalı" sözləri əlavə edilsin;

1.19.2. 50.5-ci maddəyə "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;

1.19.3. 50.8.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;";

1.19.4. aşağıdakı məzmunda 50.8.9-cu və 50.8.10-cu maddələr əlavə edilsin:

"50.8.9. çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd;

50.8.10. malın sürətli məlumat kodu (Quick Reponse Code).";

1.19.5. 50-1.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.";


1.20. aşağıdakı məzmunda 50-2-ci maddə əlavə edilsin:

"Maddə 50-2. Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət

50-2.1. Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

50-2.2. Məcburi nişanlamanın hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

50-2.3. Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

50-2.4. Məcburi nişanlamanın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.";


1.21. 57-ci maddə üzrə:

1.21.1. 57.1-ci maddədə "Vergi hesabatını" sözləri "Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını" sözləri ilə əvəz edilsin

1.21.2. aşağıdakı məzmunda 57.1-1-ci maddə əlavə edilsin:

"57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə - təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əmək haqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";

1.21.3. 57.3-cü maddədə "100" rəqəmləri "1000" rəqəmləri ilə əvəz edilsin;

1.21.4. 57.4-cü maddədə "təqdim etməyən" sözlərindən sonra "və ya arayışda düzgün olmayan məlumatlar göstərən" sözləri əlavə edilsin;


1.22. 58-ci maddə üzrə:

1.22.1. 58.1-ci maddəyə "vergi ödəyicisinə" sözlərindən sonra "(bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)" sözləri əlavə edilsin;

1.22.2. aşağıdakı məzmunda 58.1-1-ci maddə əlavə edilsin:

"58.1-1. Bu Məcəllənin 16.1.3-1-ci maddəsində nəzərdə tutulan şəxslər tərəfindən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması onların vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";

1.22.3. 58.7.1-ci maddədə "400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000" sözləri "1000" rəqəmləri ilə əvəz edilsin;

1.22.4. 58.7.2-ci maddədə "800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000" sözləri "3000" rəqəmləri ilə əvəz edilsin;

1.22.5. 58.7.3-cü maddədən "1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə" sözləri çıxarılsın;

1.22.6. 58.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;

58.8.3. qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında.";

1.22.7. 58.9-cu maddəyə "markalanmamasına" sözündən sonra "və ya məcburi nişanlama ilə nişanlanmamasına" sözləri və "aksiz markalarının" sözlərindən sonra "və məcburi nişanlamanın" sözləri əlavə edilsin;

1.22.8. 58.10-cu maddədə "1000" ədədi "belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000" sözləri ilə əvəz edilsin;

1.22.9. aşağıdakı məzmunda 58.13-cü - 58.16-cı maddələr əlavə edilsin:

"58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

58.15. Bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

58.16. Bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda topdansatış bazar qiyməti nəzərdə tutulur.";


1.23. 60-cı maddə üzrə:

1.23.1. 60.3.1-ci maddədə "100" rəqəmləri "500" rəqəmləri ilə əvəz edilsin;

1.23.2. 60.3.2-ci maddədə "1000" rəqəmləri "10000" rəqəmləri ilə əvəz edilsin;

1.23.3. 60.3.4-cü maddədə "vergi" sözündən əvvəl "bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq" sözləri əlavə edilsin və həmin maddədə "100" rəqəmləri "1000" rəqəmləri ilə əvəz edilsin;


1.24. 65-ci maddə üzrə:

1.24.1. 65.2.1.2-ci maddəyə "məhkəməyə" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri əlavə edilsin;

1.24.2. 65.2.1.3-cü maddəyə "qərarı" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı" sözləri əlavə edilsin;

1.24.3. 65.2.2-ci maddəyə "məhkəməyə" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri və "qərarına" sözündən sonra isə "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına" sözləri əlavə edilsin;


1.24.4. aşağıdakı məzmunda 65.2.3-1-ci - 65.2.3-3-cü maddələr əlavə edilsin:

"65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.

65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borclarını alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir.";

1.24.5. aşağıdakı məzmunda 65.7-1-ci maddə əlavə edilsin:

"65.7-1. Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Bankın xarici valyutanın konvertasiya edilməsinə kifayət edəcək məbləğdə milli valyutası olmadıqda konvertasiya əməliyyatı mövcud olan milli valyutaya uyğun həyata keçirilməklə sərəncam icra edilir və hər dəfə bankın hesabına milli valyuta daxil olduqca icra edilir.";


1.25. aşağıdakı məzmunda 67.15-ci maddə əlavə edilsin:

"67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.";


1.26. aşağıdakı məzmunda 67-2.4-cü maddə əlavə edilsin:

"67-2.4. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.";


1.27. 69-cu maddənin mətni 69.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 69.2-ci maddə əlavə edilsin:

"69.2. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.";


1.28. 70.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.";


1.29. aşağıdakı məzmunda 70.2-1-ci və 70.2-2-ci maddələr əlavə edilsin:

"70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:

70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün;

70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;

70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

70-2.2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.";


1.30. 76.1-ci maddəyə "nəzarəti zamanı" sözlərindən sonra "və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə" sözləri və "həmin bankın" sözlərindən sonra "və ya kredit təşkilatının" sözləri əlavə edilsin;


1.31. aşağıdakı məzmunda 85.5-1-ci və 85.5-2-ci maddələr əlavə edilsin:

"85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.";


1.32. 89-cu maddə üzrə:

1.32.1. 89.13.1-ci maddəyə (hər iki halda), 89.13.7-ci və 89.13.8-ci maddələrə  "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;

1.32.2. 89.13.2-ci maddəyə "markalanmaqla" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla" sözləri və "malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)" sözlərindən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;

1.32.3. 89.13.3-cü və 89.13.4-cü maddələrə "malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)" sözlərindən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;

1.32.4. 89.13.5-ci maddə ləğv edilsin;

1.32.5. 89.13.6-cı maddədə ", siyahının və protokolun" sözləri "və siyahının" sözləri ilə əvəz edilsin;

1.32.6. 89.14.8-ci maddədə "müvafiq olaraq bu məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə" sözləri "bu Məcəlləyə" sözləri ilə əvəz edilsin;


1.33. aşağıdakı məzmunda 96.5-ci maddə əlavə edilsin:

"96.5. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.";


1.34. 98.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 98.2.7-ci maddə əlavə edilsin:

"98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda - həmin vəsaitin məbləği.";


1.35. 101-ci maddə üzrə:

1.35.1. 101.1-ci maddənin birinci  hissəsi aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:";

1.35.2. 101.1-ci maddənin 1-ci cədvəldən sonrakı ikinci və üçüncü hissələri ləğv edilsin;

1.35.3. aşağıdakı məzmunda 101.1-1-ci - 101.1-6-cı maddələr əlavə edilsin:

 "101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:


2-ci cədvəl


Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin

14 faizi


101.1-2. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

101.1-3. Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.

101.1-4. Vergi ödəyicisi neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif vergi dərəcəsi tətbiq edilən fəaliyyət sahələrinə cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda vergilər bu Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-5.   Bu Məcəllənin 101.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq,  audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə gəlir vergisi bu Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-6. Bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";

1.35.4. 101.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.";

1.35.5. aşağıdakı məzmunda 101.6-cı maddə əlavə edilsin:

"101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.";


1.36. 102-ci maddə üzrə:

1.36.1. 102.1.6-cı maddədə "ölkə üzrə yaşayış minimumunun 1 misli" sözləri "200 manat" sözləri ilə, "ölkə üzrə yaşayış minimumunun 12 misli" sözləri "2400 manat" sözləri ilə əvəz edilsin;

1.36.2. 102.1.8-ci maddədə "pensiya sığortası üzrə işəgötürənin" sözlərindən sonra "sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən" sözləri əlavə edilsin;

1.36.3. 102.1.17-ci maddədə "və maliyyə bazarlarına nəzarət orqanının" sözləri "dövlətin adından yaradılan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan publik hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;

1.36.4. aşağıdakı məzmunda 102.1.22-1-ci maddə əlavə edilsin:

"102.1.22-1. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;";

1.36.5. 102.1.23-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.24-cü - 102.1.32-ci maddələr əlavə edilsin:

"102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;

102.1.25. qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

102.1.26. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;

102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;

102.1.28. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);

102.1.29. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən zəmanət verilmiş kredit &uumuuml;zrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri;

102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

102.1.31. mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir - 3 il müddətinə;

102.1.32. KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi - 7 il müddətinə.";

1.36.6. 102.2.5-ci maddədə "(ərlərinin)" sözündən sonra "və övladlarının" sözləri əlavə edilsin;

1.36.7. 103.1-ci maddəyə "müəssisələr" sözündən sonra ", habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları" sözləri əlavə edilsin;


1.37. 104-cü maddə üzrə:

1.37.1. 104.1-ci maddəyə "gəlirləri" sözündən sonra ", o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti" sözləri və "xərc" sözündən sonra "(vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa)" sözləri əlavə edilsin;

1.37.2. aşağıdakı məzmunda 104.6-cı maddə əlavə edilsin:

"104.6. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.";


1.38. 106-cı maddə üzrə:

1.38.1. 106.1.4-cü maddədə "və yerli özünüidarəetmə orqanlarının" sözləri ", yerli özünüidarəetmə orqanlarının, dövlət adından yaradılan, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri ümumi gəlirlərinin 49 faizindən çox olmayan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

1.38.2. 106.1.5-ci maddədə ", maliyyə bazarlarına nəzarət orqanının, icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin" sözləri "ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

1.38.3. 106.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisnaolmaqla;";

1.38.4. 106.1.14-cü maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;

1.38.5. 106.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.18-ci - 106.1.23-cü maddələr əlavə edilsin:

"106.1.18. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

106.1.19. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;

106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;

106.1.21. KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;

106.1.22. KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi - 7 il müddətinə;

106.1.23. mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti - 3 il müddətinə.";

1.38.6. aşağıdakı məzmunda 106.9-cu və 106.10-cu maddələr əlavə edilsin:

"106.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın   1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

106.10. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.";


1.39. 109.8-ci maddəyə "qəbz" sözündən sonra "(bu Məcəllənin 16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla)" sözləri əlavə edilsin;


1.40. 110-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"110.1. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

110.2. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən alınmış borclar üzrə əməliyyatlara bu Məcəllənin 14-1-ci maddəsinin müddəaları tətbiq edilir.

110.3. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.";


1.41. 111.3-cü maddəyə "asılı olaraq" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada" sözləri və "məbləğləri" sözündən sonra "vergitutma məqsədləri üçün" sözləri əlavə edilsin;


Davamını buradan oxuya bilərsiniz

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə

Mənbə: http://www.meclis.gov.az/?/az/law/2004/1




Son Vergi xəbərləri

2018-12-13 | Kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq
2018-12-13 | Natiq Şirinov: Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara fəaliyyətlərini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək
2018-12-06 | Vergi Məcəlləsi: nə və necə dəyişib?
2018-12-03 | Azərbaycanda inzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq
2018-12-03 | Vergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb
2018-11-30 | Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
2018-11-26 | Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə - TAM MƏTNİ
2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir o da.

Nizami Gəncəvi


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!