Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq

2018-11-19 | Vergi | Baxılıb: 773 dəfə | Çap et

Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

"Report" bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

Layihədə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

Bundan başqa, KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.

Mənbə: https://report.az/maliyye/mikro-ve-ya-kicik-sahibkarliq-subyektleri-ucun-yeni-vergi-guzestleri-olacaq/




Son Vergi xəbərləri

2018-12-13 | Kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq
2018-12-13 | Natiq Şirinov: Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara fəaliyyətlərini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək
2018-12-06 | Vergi Məcəlləsi: nə və necə dəyişib?
2018-12-03 | Azərbaycanda inzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq
2018-12-03 | Vergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb
2018-11-30 | Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
2018-11-26 | Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə - TAM MƏTNİ
2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Acını dadmayan şirini bilməz.

Atalar sözü


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!