Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq

2018-11-08 | Kadr işi | Baxılıb: 560 dəfə | Çap et

"Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir."

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələlər almalıdır.

Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

İ.İsayev bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır: "Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq".

Mənbə: https://report.az/milli-meclis/nazir-muavini-yeni-dogulan-usaqlara-gore-teyin-edilen-birdefelik-muavinet-artirilacaq/




Son Kadr işi xəbərləri

2019-01-04 | Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi
2018-12-26 | 2019-cu ilin İş Vaxtı Norması və İstehsalat Təqvimi təsdiq edilib
2018-12-21 | Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam imzalamışdır
2018-12-19 | Nazir müavini: Vergidən yayınanlar gec-tez öz qarşısında vergi müfəttişini görməlidir
2018-12-17 | Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL
2018-12-13 | İstehsalat təqvimindəki uyğunsuzluqlar
2018-11-22 | Müqaviləsiz işçi işlətməyin cəzası artırılır
2018-11-08 | Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq
2018-10-31 | Xidməti müqavilə ilə işləyənlərin nəzərinə - yeni qaydalar hazırlanır
2018-10-08 | Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Mühasib
Baş mühasib
1C Operator
Baş mühasib
Mühasib
Maliyyəçi
Mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!