Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI

2018-11-08 | Vergi | Baxılıb: 946 dəfə | Çap et

Xəbər verildiyi kimi, 2019-cu ilin dövlət büdcə layihəsi çərçivəsində Azərbaycanın Vergi Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Yeniliklərin mühüm hissəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid olacaq. Maraqlı yeniliklərdən biri sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə üzrə bərabərləşdirilərək 2%-ə endirilməsi olacaq (hazırda Bakıda 4%, regionlarda 2%-dir).

Digər mühüm yenilik isə sadələşdirilmiş vergi ödəyiciləri üçün yeni məhdudiyyətlərin tətbiqi olacaq. Xatırladaq ki, indiyədək sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün illik dövriyyənin 200 min manatı keçməməsi kifayət edir. Gələn ildən isə bu dövriyyə tələbi qalmaq şərtilə əlavə və daha ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Belə ki, məcəlləyə tətbiq edilən dəyişikliklərə görə, aşağıdakı şəxslər 2019-cu ildən sadələşmiş verginin ödəyicisi ola bilməyəcəklər:

  • işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa; xidmətlərin göstərilməsini həyata keçirən şəxslər;
  • zərgərlik məmulatlarının satışını həyata keçirən şəxslər;
  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Mənbə: http://marja.az/news/33475




Son Vergi xəbərləri

2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur
2018-11-16 | Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
2018-11-16 | Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur
2018-11-15 | Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
2018-11-14 | Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər - TAM MƏTN
2018-11-12 | Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR
2018-11-12 | Əhaliyə lizinqlə satış qadağan olunur
2018-11-08 | Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Acını dadmayan şirini bilməz.

Atalar sözü


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!