Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər naziri: Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük

2018-11-06 | Vergi | Baxılıb: 328 dəfə | Çap et

Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.

"Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük", - o deyib.

Nazir həmçinin qeyd edib ki, vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib.

"Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmək üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub", - M.Cabbarov əlavə edib.

Xatırladaq ki, Azərbaycanda bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlərin edilməsi nəzərdə tutulub.

Mənbə: https://report.az/maliyye/vergiler-naziri-emek-bazarinin-ve-emek-haqqi-sisteminin-seffaflasdirilmasi-ucun-guclu-vergi-stimullarini




Son Vergi xəbərləri

2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur
2018-11-16 | Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
2018-11-16 | Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur
2018-11-15 | Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
2018-11-14 | Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər - TAM MƏTN
2018-11-12 | Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR
2018-11-12 | Əhaliyə lizinqlə satış qadağan olunur
2018-11-08 | Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!