Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Həm Bakıda, həm də regionlarda 2 faizlə vergi ödənməsi təklifi var

2018-11-06 | Vergi | Baxılıb: 239 dəfə | Çap et

Vergi Məcəlləsinə edilən və 2019-cu ildə qüvvəyə minəcək dəyişikliklər hər bir vergi ödəyicisinin işində şəffaflığın təmin olunmasına, eləcə də biznes mühitin inkişafı üçün optimal şərtlərin yaradılmasına yönəlib.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, vergi ödəyiciləri arasında vergidən tam yayınan şəxslər çoxdur:

"Sahibkarların əksəriyyəti öz gəlirlərini, kapital dövriyyəsini gizlətməyə çalışır. Bu, ilk növbədə ticarət və xidmət obyektlərini idarə edən şəxslərə aiddir. Dövriyyəni tam gizlədib vergi ödəməyən şəxslər də var, vergiləri qismən ödəyənlər də. Ona görə də bu problemi həll etmək üçün biz vergi siyasətini təkrar nəzərdən keçiririk və vergidən yayınan vergi ödəyiciləri ilə münasibətdə tədbirləri sərtləşdirmək niyyətindəyik".

S.Ələkbərovun sözlərinə görə, vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir:

"İlk növbədə biz biznes obyektlərində yoxlamaların sayının azaldılmasını təklif edirik. Bundan başqa, Bakıda bizneslə məşğul olan sahibkarların vergi ödəmə şərtlərində dəyişikliklər təklif olunub. Qaydalara əsasən, Bakıda sadələşdirilmiş vergi üzrə ödəmələr 4 faiz, regionlarda 2 faiz təşkil edir. Bu göstəricilərin bərabərləşdirilməsi, həm Bakıda, həm də regionlarda sahibkarların 2 faiz vergi ödəməsi barədə təklifləri var".

Nazir müavini əlavə edib ki, dəyişikliklər ölkədə biznes mühitin yaxşılaşması və biznesin təkmilləşməsinə yönəlmiş digər güzəştləri də nəzərdə tutur:

"Hesab edirik ki, bu tədbirlərin reallaşdırılması həm dövlət, həm də vergi ödəyiciləri üçün müsbət nəticələr verəcək".

Mənbə: http://marja.az/news/33263




Son Vergi xəbərləri

2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur
2018-11-16 | Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
2018-11-16 | Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur
2018-11-15 | Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
2018-11-14 | Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər - TAM MƏTN
2018-11-12 | Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR
2018-11-12 | Əhaliyə lizinqlə satış qadağan olunur
2018-11-08 | Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!