Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Həyat sığortasına güzəştlər azaldılacaq

2018-10-19 | İqtisadiyyat | Baxılıb: 172 dəfə | Çap et

Azərbaycanda həyatın yaşam sığortası ilə bağlı hökumət və sığorta şirkətləri arasında müzakirələr okytabrın sonunadək başa çatmalıdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, hazırda həyat sığortası ilə bağlı müzakirələr təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyat sığorta şirkətləri arasında aparılmır, müzakirələrdə Vergilər və Maliyyə nazirlikəri də iştirak edir.

BÜDCƏ DSMF VƏSAİT İTİRİR

Qeyd edək ki, söhbət əsasən yığım funksiyası daşıyan həyatın yaşam sığortasından gedir. Həyat sığortası qaydalarına əsasən, işləyənlər həyatlarını yaşam sığortası etdirməklə, hər ay öz əmək haqlarından həyat sığortası şirkətinə ödəmələr edirlər. Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosal ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır. Daha sadə desək, maaşın həyat sığortasına yönəldilən hissəsinə hesablanan vergi və sosial ödənişlər büdcəyə və DSMF-ə deyil, şəxsin sığorta şirkətindəki hesabına yönəldilir. Nəticədə sığortalanan vətəndaş böyük gəlir əldə edir (maaşın üzərinə təqribən 46%-lik vergidən azad olunan əlavə də gəldiyinə görə), büdcə və DSMF isə bu vəsaitləri itirir.

İndiyədək hökumət 2012-ci ildən tətbiq edilən bu yeniliyə "dözürdü". Amma son vaxtlar dövlət büdcəsi ilə bağlı sərtləşmələr, vergi və sosial sahədəki islahatlar həyat sığortasını və burada büdcədən kənarda qalan pulları yada salıb. Nəticədə indi hökumət bu sahədə dəyişikliklərin edilməsini istəyir.

Hökumət həyat sığortasına ödənilən məbləğə vergi güzəştinin ya tamamilə, ya da qismən aradan qaldırılmasına çalışır. Öz növbəsində həyat sığortası şirkətləri (ölkədə 3 həyat sığortası şirkəti var - "Qala Həyat", "Atəşgah Həyat", "Paşa Həyat") bu güzəştin ya tamamilə tozunulmaz qalmasına, ya da dəyişikliyin minimum olmasına çalışırlar.

Yeri gəlmişkən, son vaxtlar Azərbaycanda həyat sığortasındakı belə qazanma üsulunu başa düşənlərin sayı kəskin artıb və bu da büdcəyə (əmək haqqından vergi) və DSMF-ə gedən pulların azalmasına səbəb olub. Bunun qarşısını almaq üçün artıq indidən dövlət idarələrinin bir hissəsində həyat sığortasına getməyə icazə verilmir (qaydalra görə, həyatın yaşam sığortası ilə sığortalanmaq üçün işçinin özü ilə yanaşı, işəgötürənin də icazəsi tələb olunur).

Elə ona görə də müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri də iştirak edir. Qarşıdan büdcə müzakirələrinin gəldiyini nəzərə alanda, böyük ehtimalla bu müzakirələrin nəticəsi 2019-cu ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, qısa müddət ərzində müzakirələrin nəticəsi açıqlanacaq. Hələliksə nazirliyin mövqeyi dövlət-özəl sektor əməkdaşlığının qorunmasıdır: "Biz həyat sığortası bazarının ləğv edilməsinin tərəfdarı deylik və o bazarın inkişafı imkanları da saxlanılmalıdır. Eyni zamanda bu insanların gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının tutulması mexanizimi də olmalıdır".

Nazirlik ona işarə edir ki, pulunu həyat sığortasına yönəldən işçilərin maaşının həmin hissəsindən DSMF-dəki hesablarna pul ödənilmir və bu da gələcəkdə həmin şəxslərin pensiya təminatını pisləşdirə bilər: "Bildiyimiz kimi həyat sığortasına müraciət edən şəxslər gəlir vergisindən və sosial sığorta ödəmələrindən azad olurlar, amma eyni zamanda sosial sığorta ödəməyən şəxs də gələcəkdə pensiya təminatından imtina edir və bu insanın pensiya kapitalında vəsait yığılmadığına görə, onun pensiya təminatı olmur. Bu gələcək üçün problem olur və ona görə də biz həm sığort şirkətləri, həm də Vergilər və Maliyyə nazirlikləri ilə aktiv müzakirələr aparırıq və bu mexanizimi elə bir mexanizimə çevirmək istəyirik ki, müəyyən qədər güzəştlər də olsun, müəyyən qədər sosial sığorta sisteminə ödənişlər olsun".

Mənbə: http://marja.az/news/32423




Son İqtisadiyyat xəbərləri

2018-11-15 | Sahibkarlar dövriyyələrini necə "kiçildir"...
2018-11-13 | Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq
2018-11-08 | Əlavə Dəyər Vergisinin ÜDM-ə nisbəti növbəti il üçün 5,0 faiz nəzərdə tutulub
2018-11-02 | Universitas International İctimaiyyətlə əlaqələr və İctimai kommunikasiya mütəxəssisləri üçün "Effektiv press-relizlərin yazılması" üzrə seminar keçiriləcək.
2018-10-30 | Azərbaycanda uçot dərəcəsi azaldılıb
2018-10-26 | Azərbaycanda topdan və pərakəndə satış mərkəzlərində yeni nəsil nəzarət kassa-aparatları quraşdırılacaq
2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq
2018-10-15 | Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib
2018-10-04 | Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Bilik kəsb etməklə dünyanı qazan.
Əsmanı oxu ki, məna alasan.
Qaç o sözlərdən ki, mənası boşdur,
İlahi elmlər öyrənmək xoşdur.

Nizami Gəncəvi


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!