Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq

2018-10-15 | Audit | Baxılıb: 113 dəfə | Çap et

Auditorlar Palatası üzvü olan auditorlar üçün "Auditorun şəxsi kabineti" adlı elektron portal istifadəyə verməyə hazırlaşır.

Bu barədə "Report"a Auditorlar Palatasının İnnovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov məlumat verib.

"Bu ilin may ayından bu elektron portal üzərində iş gedir. Çalışacağıq ki, bu ilin sonuna qədər bu işi yekunlaşdıraq, portalı istifadəyə verək", - deyə o qeyd edib.

E.İbrahimovun sözlərinə görə, elektron portal auditorların işini xeyli asanlaşdıracaq: "Hazırda auditorlar bəzi hesabatları Auditorlar Palatasında əllə təqdim edir. "Auditorun şəxsi kabineti" elektron portalı istifadəyə verildikdən sonra buna ehtiyac olmayacaq. Onlar şəxsi kabinetə daxil olmaqla, "ASAN İmza" və yaxud "Elektron İmza"dan istifadə etməklə həmin hesabatları Palataya təqdim edə biləcəklər.

Bundan başqa, Auditorlar Palatanın lisenziya əsasında hazırladığı bəzi qanunvericilik aktları var ki, onlar dərc olunmur. Bunların da əksəriyyəti tərcümələrdir və Palatanın internet səhifəsində ingilis dilində yerləşdirilib, Azərbaycan dilində yerləşdirmək hüququnu isə hələ ki, əldə etməmişik. Amma auditorlar üçün həmin tərcümələr elektron portalda yerləşdiriləcək və onlar bu tərcümələrdən şəxsi kabinetə daxil olmaqla istifadə edə biləcəklər

Mənbə: https://report.az/maliyye/azerbaycanda-auditorlarin-sexsi-elektron-kabineti-olacaq/




Son Audit xəbərləri

2018-10-15 | Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər
2018-10-15 | Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq
2018-10-08 | Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kursları təşkil edir
2018-09-14 | Nəhəng audit şirkəti Azərbaycandakı ittihamlara cavab verdi
2018-06-27 | Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər
2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!