Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib

2018-10-15 | İqtisadiyyat | Baxılıb: 255 dəfə | Çap et

Xəbər verildiyi kimi, Nazirlər Kabineti Azərbaycandan milli valyutanın çıxarılması və gətirilməsi zamanı bəyan edilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib. Yeni qaydalara görə, ölkədən 20 min manata qədər valyuta çıxarılarkən şifahi bəyan etmək, 20 min manatdan artıq valyuta çıxarılanda isə yazılı bəyan etmək tələb olunacaq.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəliqərarı ilə təsdiq edilmişdir.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

QAYDASI

1. Ümumi müddəalar

1. Bu Qaydalar "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi qaydalarını müəyyən edir.

1. Bu Qaydalarda istifadə olunan "milli valyuta", "milli valyutada qiymətli kağızlar", "rezident" və "qeyri-rezident" anlayışları "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda, "poçt rabitəsinin milli operatoru" anlayışı isə "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

2. Milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

2.1. Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.4. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Mənbə: https://banker.az/manati-olk%C9%99d%C9%99n-cixarilmasi-il%C9%99-bagli-qaydalar-t%C9%99sdiq-edilib/




Son İqtisadiyyat xəbərləri

2018-11-15 | Sahibkarlar dövriyyələrini necə "kiçildir"...
2018-11-13 | Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq
2018-11-08 | Əlavə Dəyər Vergisinin ÜDM-ə nisbəti növbəti il üçün 5,0 faiz nəzərdə tutulub
2018-11-02 | Universitas International İctimaiyyətlə əlaqələr və İctimai kommunikasiya mütəxəssisləri üçün "Effektiv press-relizlərin yazılması" üzrə seminar keçiriləcək.
2018-10-30 | Azərbaycanda uçot dərəcəsi azaldılıb
2018-10-26 | Azərbaycanda topdan və pərakəndə satış mərkəzlərində yeni nəsil nəzarət kassa-aparatları quraşdırılacaq
2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq
2018-10-15 | Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib
2018-10-04 | Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!