Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan bankları və ödəniş şirkətləri TaxFree4U və EU4digital platformasına inteqrasiya olunacaqlar.

2018-10-08 | Vergi | Baxılıb: 95 dəfə | Çap et

Azərbaycan bankları və ödəniş şirkətləri "TaxFree4U" və "EU4digital" platformasına inteqrasiya olunacaqlar.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqının rəqəmsal xidmətlər və informasiyaların genişləndirilməsi layihəsinin meneceri, "EU4digital" platformasının eksperti Valeri Virkovskinin sözlərinə görə, "Tax free" sisteminin onlayn mobil versiyasının tətbiqinin genişləndirilməsi üçün müxtəlif ölkələrdə iş aparılır. Həmin layihələrin ən mühüm komponentlərindən biri Avropa ölkələrində alış-veriş zamanı ödənilmiş ƏDV-nin qaytarılmasının ən sadə yolu "EU4digital" platformasıdır.

Hazırda isə "Tax free" sistemində daha çox standart mexanizm tətbiq olunur. Başqa sözlə, xarici ölkə vətəndaşlarının aldıqları mala görə geri qaytarılan ƏDV hava limanlarındakı və digər yerlərdəki "Tax free" məntəqələrindən alınır. Bundan əlavə, standart xidmətlərlə yalnız partnyor mağazalar şəbəkələrində edilən alış-verişlərə görə ödənilmiş ƏDV məbləğlərini geri almaq mümkündür. "TaxFree4U adlanan onlayn ödəniş sistemi isə bütün mağazalardan alınmış mallara görə ƏDV-nin qaytarılmasını təmin edir: vətəndaş öz ölkəsinə geri qayıtdıqdan sonra ƏDV məbləği nağdsız qaydada mobil bankçılıq yolu ilə ona qaytarılır. Həmin şəxs ƏDV-ni öz ölkəsində bank hesabına köçürülmə, yaxud mobil operator vasitəsilə onlayn ödənilmə yolu ilə əldə edir.

"TaxFree4U" və "EU4digital" platformalarının əsas üstünlüyü rahatlığın təmin edilməsi və vaxt itkisinə yol verilməməsidir.

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, ölkədəki bankların ƏDV-nin qaytarılmasını təmin edən xidmətlərə inteqrasiyası üçün müvafiq işlər aparılır. Bəzi banklar həmin sistemə inteqrasiya olunub, ancaq bank və mobil operatorların xarici ödəniş platformaları ilə bu istiqamətdə əməkdaşlığı davam etdirilir.

Mənbə: https://azertag.az




Son Vergi xəbərləri

2018-10-15 | Vergilər Nazirliyi: Nəzarət tədbirləri ilə bağlı şikayətlər daha çox daxil olur
2018-10-10 | Nazir: Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq
2018-10-08 | Azərbaycan bankları və ödəniş şirkətləri TaxFree4U və EU4digital platformasına inteqrasiya olunacaqlar.
2018-10-08 | İnşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici görüşlər keçirilir
2018-10-03 | Azərbaycanda vergi və mühasibat uçotu şəffaf olan sahibkarlar güzəştlər əldə edəcəklər
2018-09-27 | Sadələşdirilmiş verginin ləğv edilməsi planlaşdırılır.
2018-09-26 | Vergilər Nazirliyində yeni şöbə yaradıldı
2018-09-26 | Vergi Məcəlləsi yenidən hazırlana bilər - VİDEO
2018-09-26 | Vergi sistemində qeydiyyat və uçota nəzarət gücləndirilir
2018-09-24 | Şahdağ Turizm Mərkəzi vergiləri azaltmaq istəyir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!