Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

İnşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici görüşlər keçirilir

2018-10-08 | Vergi | Baxılıb: 115 dəfə | Çap et

Hazırda vergidən ən çox yayınma hallarına inşaat materialları və iri ticarət yarmarkalarında rast gəlinir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, iri dövriyyəyə malik satış yerlərində, inşaat materialları bazarında fəaliyyət göstərən sahibkarların böyük bir qisminin uçot-mühasibat işləri yerində deyil. Monitorinqlər də göstərir ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının sayının azaldılmasından sui-istifadə edərək, vergi orqanlarında uçota durmadan vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar. Bu cür vəziyyət isə təbii ki, vergi orqanlarının öz vəzifə və səlahiyyətləri daxilində ciddi tədbirlərin görülməsini zəruri edir.

Bu məqsədlə, Vergilər Nazirliyi inşaat-tikinti materiallarının daha çox satıldığı yerlərdə - Ziya Bünyadov prospekti, 2095-2096-cı məhəllə, "Dərnəgül" və "Baksol" adlanan ərazilərdə sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinə uyğun təşkilinin qaydaya salınması ilə bağlı müvafiq qərar qəbul edib.

Nazirlik tərəfindən təsdiq edilmiş "İnşaat materialları bazarlarında vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı"na"İnşaat materialları bazarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması üzrə işlərin təşkilini əks etdirən Proseslər Xəritəsi"nə əsasən, qeyd olunan ərazilərdə uçot işinin təşkili işlərinə başlanılıb.

Tədbirlər Planına əsasən, işlərin mərhələli şəkildə - hazırlıq, ünvanlı xidmət-məlumatlandırma, uçotaalınma, vergi öhdəliklərinin müəyyən edilməsi və nəzarət proseslərini aparmaqla həyata keçirilməsi nəzərdə tutulub.

İşçi qrupun üzvlərinə vergi uçotu ilə bağlı ərizələrin və digər sənədlərin yerində qəbulu, vergi öhdəliklərinin müəyyənləşdirilməsi və vergi borclarının alınması, vergi nəzarəti tədbirlərinin keçirilməsi, vergiödəyicisinin baza məlumatlarına baxmaq, özünün və ya təsərrüfat subyektinin uçotda olub-olmamasını müəyyənləşdirməklə yanaşı, uçota alınmanı təmin etmək üçün onları lazımi texniki vasitələr və ləvazimatlarla (planşet, data kart, nəqliyyat, baza məlumatlarına giriş imkanı) təmin etmək səlahiyyətləri verilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə departamentin əməkdaşları inşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici monitorinqlər keçirməyə başlayıblar.

Maarifləndirici xarakter daşıyan görüşlərdə vergiödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə riayət etmək, öz mühasibat işlərini və uçot məsələlərini qaydaya salmaq, vergi öhdəliklərini yerinə yetirmək barədə izahedici məlumatlar verilib. Bundan başqa, inşaat materiallarının satışı ilə məşğul olan sahibkarların elektron qutularına uçotun təmin edilməsi barədə məktub və bildirişlər göndərilib. Bu cür görüşlər və ödəyicilərə məlumatların elektron qaydada təqdim olunması bu ayın sonuna kimi davam etdiriləcək.

Əsas məqsəd sahibkarlarda uçotun təşkilinin zəruriliyi barədə vərdişlərin formalaşdırılmasından ibarətdir. Maarifləndirmə və izahedici tədbirlər effekt vermədikdə isə digər vasitələrdən istifadə olunması qaçılmazdır, xəbərdarlıqlara məhəl qoymayan ödəyicilər haqqında qanunvericilik çərçivəsində müvafiq addımlar atılacaq.

Mənbə: https://azertag.az/xeber/Insaat_materiallarinin_satisi_ile_mesgul_olan_vergiodeyicileri_ile_maariflendirici_gorusler_kechirilir-12




Son Vergi xəbərləri

2018-12-17 | Səyyar vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər edilib
2018-12-17 | Sabit vergi ödəyicilərinin siyahısı genişlənir
2018-12-13 | Kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq
2018-12-13 | Natiq Şirinov: Vergi Məcəlləsinə dəyişiklik sahibkarlara fəaliyyətlərini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcək
2018-12-06 | Vergi Məcəlləsi: nə və necə dəyişib?
2018-12-03 | Azərbaycanda inzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq
2018-12-03 | Vergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb
2018-11-30 | Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
2018-11-26 | Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə - TAM MƏTNİ
2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ac adamı qurd yeməz.

Atalar sözü


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!