Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Barattson şirkəti və Auditorlar Palatası Milli mühasibləri sertifikatla təltif edib

2018-10-08 | Mühasibat uçotu | Baxılıb: 243 dəfə | Çap et

"Barattson" şirkəti və Auditorlar Palatası Milli mühasibləri sertifikatla təltif edib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, milli sertifikatların təqdimetmə mərasimində "Barattson" şirkətinin rəhbəri Elşən Rəhimov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Sertifikat imtahanını uğurla keçən, eyni zamanda, "Barattson" şirkətinin maliyyə və mühasibatlıq sahəsində təşkil etdiyi təlim kurslarını müvəffəqiyyətlə bitirən namizədlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Milli Sertifikat imtahanını uğurla bitirən namizədləri təltif etmək, bu sahəyə olan diqqət və marağı artırmaqdan ibarət olub.

"Barattson" şirkətinin rəhbəri Elşən Rəhimov mühasibatlıq sahəsinə marağın artması və bu sahənin yüksək dinamika ilə inkişafı barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, "Barattson" şirkətində təşkil olunan hazırlıq kurslarında ACCA tədris standartlarının uğurla tətbiqi və yüksəkixtisaslı maliyyəçilərin hazırlanması barədə danışıb. Milli Sertifikat imtahanının əhəmiyyəti barədə çıxış edən Elşən Rəhimov imtahanı uğurla keçən namizədləri təbrik edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov qeyd edib ki, milli mühasiblərin yetişməsi istiqamətində bir sıra mühüm addımlar atılır. O, "Barattson" və Auditorlar Palatasının təhsil sahəsindəki birgə fəaliyyətindən məmnunluğunu dilə gətirərək, bundan sonra da birgə əməkdaşlığın davam edəcəyini bildirib. Bu sahəyə olan dövlət dəstəyindən söz açan palata sədri imtahanda yüksək nəticə göstərən namizədləri təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra Milli Sertifikat imtahanını uğurla keçən namizədlər sertifikatla təltif olunublar. Qeyd edilib ki, bu il təşkil olunan Milli Sertifikat imtahanında 24 namizəd iştirak edib, 15 namizəd imtahanı uğurla keçib.

Tədbirin sonunda "Barattson" şirkəti tərəfindən maliyyə və mühasibatlıq sahəsində təşkil olunan təlim kurslarını uğurla bitirən namizədlər də sertifikatla təltif olunublar.

Bildirilib ki, avqust-sentyabr ayları ərzində təşkil olunan kursları 61 nəfər yüksək nəticə ilə bitirib.

Mənbə: https://azertag.az/xeber/_quotBarattson_quot_sirketi_ve_Auditorlar_Palatasi_Milli_muhasibleri_sertifikatla_teltif_edib-1202006




Son Mühasibat uçotu xəbərləri

2018-11-21 | Şuranın dəstəklədiyi layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanmışdır.
2018-11-19 | Daha bir nüfuzlu sığorta şirkəti ARPA-nın korporativ üzvü oldu
2018-11-14 | Bizim şirkət təcrübəsi olmayan gənclərə şans verməkdə maraqlıdır - MÜSAHİBƏ
2018-11-02 | Azercell ARPA-nın Korporativ üzvləri sırasına qoşuldu
2018-03-28 | Baş mühasiblərə vaxt verildi - HÖKUMƏTDƏN QƏRAR
2018-10-13 | Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir.
2018-10-08 | Barattson şirkəti və Auditorlar Palatası Milli mühasibləri sertifikatla təltif edib
2018-10-08 | MMF-dən yeni seminar
2018-10-02 | Bakıda mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinə dair konfrans keçirilir
2018-10-01 | Azərbaycanda Beynəlxalq Mühasiblər Forumu Keçiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Çəkidə və ölçüdə aldadanların vay halına!

(Quran, Mutaffifin, 1)


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!