Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Bu gün Vergi, Gömrük məcəllələrinə dəyişikliklərin müzakirəsi başlayır

2018-10-01 | İqtisadiyyat | Baxılıb: 182 dəfə | Çap et

Bu gün Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", “Normativ hüquqi aktlar haqqında", Aviasiya haqqında", "İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Vəkil və vəkillik fəaliyyəti haqqında" və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Növbəti iclas isə oktyabrın 5-də keçiriləcək.

Bəzi dəyişikliklərin mətni

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2, I kitab, maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290) 7.1.2-ci maddəsində "təhqiqatında" sözü "araşdırılmasında" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD və 1211-VQD nömrəli qanunları) 90.3.3.9-cu maddəsində "torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti" sözləri "torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri" sözləri ilə əvəz edilsin.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739) 27.1-ci və 27.4.1-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD və 1211-VQD nömrəli qanunları) 102.1.14.6-cı maddəsində "aspirantlara (magistrlərə)" sözləri "doktorantlara və magistrlərə" sözləri ilə əvəz edilsin.

Mənbə: http://marja.az/news/31396?title=bu-gun-vergi-gomruk-mecellelerine-deyisikliklerin-muzakiresi-baslayir




Son İqtisadiyyat xəbərləri

2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq
2018-10-15 | Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib
2018-10-04 | Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var
2018-10-04 | Vergilər Nazirliyi sosial çarxlar hazırlayıb
2018-10-01 | Bu gün Vergi, Gömrük məcəllələrinə dəyişikliklərin müzakirəsi başlayır
2018-09-26 | Hansı qanunlarda dəyişikliklər olacaq?
2018-09-20 | Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır
2018-09-14 | Energetik içkilərə vergi tətbiq edilməlidirmi?
2018-08-08 | Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi oldu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir o da.

Nizami Gəncəvi


Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!