Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Prezidentdən vergi ilə bağlı - YENİ FƏRMAN

2018-09-13 | Vergi | Baxılıb: 848 dəfə | Çap et

Vergilər Nazirliyinə kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin yeni siyahısını hazırlamaq tapşırılıb. Fed.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 12-də imzaladığı "Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanında əksini tapıb.

Vergilər Nazirliyi kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını 2 ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 30.4. maddəsinə əsasən, vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi var. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.

Azərbaycan prezidentinin "AR Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli fərmanına əsasən, kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq etmək sahəsində səlahiyyət Azərbaycan Prezidentinə məxsus olub. Azərbaycan Prezidenti də 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq edib.

Siyahıda vergilər naziri, vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru, Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru, Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları və Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi yer alıb.

Yeni fərmana əsasən isə məhz Vergilər Nazirliyi 2 ay ərzində kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin yeni siyahısını hazırlayaraq təsdiq edəcək.

Mənbə: http://www.fed.az/az/news/read/47011




Son Vergi xəbərləri

2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur
2018-11-16 | Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
2018-11-16 | Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur
2018-11-15 | Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
2018-11-14 | Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər - TAM MƏTN
2018-11-12 | Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR
2018-11-12 | Əhaliyə lizinqlə satış qadağan olunur
2018-11-08 | Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ölçü-biçi bilsən hər bir işdə sən,
Böyük hesabları düz həll edərsən-
Mətahı böləndə sən elə böl ki,
Aparanın ağır olmasın yükü.

Nizami Gəncəvi


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!