Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Elektron ticarətin vergiyə cəlb olunması

2018-09-13 | Vergi | Baxılıb: 182 dəfə | Çap et

İstər beynəlxalq təcrübədə, istərsə də Azərbaycanda yeni bir məfhum olan elektron ticarətin vergiyə cəlb olunması anlayışı bu gün də aktual məsələlərdəndir. Mövzunu "Baker Tilly" şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Nərmin Hacıyeva şərh edir.

Mövcud hüquqi şərtlər

Xarici dövlətlərin təcrübəsində ticarət məcəlləsi, ticarət normaları deyilən bir akt mövcuddur. Azərbaycanda qəbul edilmiş "Elektron ticarət haqqında" Qanunda qeyd olunub ki, e-ticarət satıcıları vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Lakin buna nə dərəcədə əməl olunduğunu müəyyənləşdirmək, e-ticarət satıcıları virtual olaraq elektron portallar vasitəsilə əməliyyat apardıqları üçün onların əməliyyatlarını, dövriyyəsini, qeydiyyata alınıb-alınmadıqlarını izləmək inzibatçılıq baxımından çətinlik yaradırdı.

2016-cı ilin avqust ayında Azərbaycan Prezidentinin sərəncamı ilə vergi sahəsində bir sıra islahatların istiqamətləri müəyyənləşdirildi və onlardan biri də beynəlxalq təcrübədə rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması məsələlərinin öyrənilməsi və bu mexanizmlərin qanunvericiliyə daxil edilməsi idi. Vergi Məcəlləsinə edilən müəyyən dəyişikliklər arasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasında əsas iki məsələ - ödəmə mənbəyində verginin tutulması (10%) və ƏDV-nin (18%) tətbiq edilməsi mexanizmidir.

Təcrübədə rast gəlinən çətinliklər

Vergi Məcəlləsində ödəmə mənbəyində verginin tutulması üzrə müddəaya diqqət yetirsək, bu tətbiqin xarici e-pul kisəsinə pulların qoyulması, transfer edilməsi ilə bağlı olduğunu görərik. Xarici e-pul kisəsinə transfer edilən istənilən maliyyə vəsaitinin sonrakı taleyi və təyinatı barədə məlumat əldə etmədən köçmə anında 10% dərəcə ilə ödəmə mənbəyindən vergi tutulur. Burada əsas məsələ hər iki verginin tutulması öhdəliklərinin bankların üzərinə qoyulmasıdır. Bu, satıcı-sahibkarın alıcı-istehlakçıya olan münasibətdə əməliyyatlarını tənzimləyir. Alıcı-istehlakçı isə qeydiyyata alınmayan şəxsdir. Vergi Məcəlləsində vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslərin, qeyri-rezidentin ƏDV ilə bağlı ödəmə mənbəyindən tutulan vergi ilə bağlı öhdəlikləri var və normal qaydada işlək mexanizmləri mövcuddur.

Vergi Məcəlləsinə görə, qeyri-rezident e-ticarət satıcıları Azərbaycan Respublikası alıcılarına iş və xidmət təklif edərkən 18% dərəcə ilə ƏDV-yə cəlb olunurlar. "Elektron ticarət haqqında" Qanuna edilən dəyişikliklərdə qeyd olunub ki, buraya informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Xüsusən e-kitabların, musiqinin, video-audio materialların, qrafik təsvirlərin və virtual oyunların yüklənməsi kimi əməliyyatlar və xidmətlər də 2017-ci ilin əvvəlindən e-ticarət qaydasında təqdim edilən iş və xidmətlər sayılır.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində bu məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət güstərirsə və ya iş görürsə (elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlə­ri­nin və aviabiletlərin sifarişi üzrə xid­mətlər istisna olmaqla, işlərin görülmə­si və xidmətlərin güs­tərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və xidmətlərin gös­tərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

E-ticarət üzrə qeyri-rezidentin əməliyyatlarının ƏDV-yə cəlb olunması ilə bağlı diqqət yetirməli olduğumuz digər iki məqam isə bundan ibarətdir ki, alıcı vergi ödəyicisi olmadıqda ödənilən məbləğ Azərbaycan Respublikası tərəfindən alıcının vəsaiti hesabına tutulur. Son nəticədə qeyri-rezident satıcı göstərdiyi xidmətə görə hər hansı bir dəyər formalaşdırırsa, həmin dəyəri - xidməti təklif edirsə, bu, son nəticədə qeyri-rezidentə çatır. Dəyərin üzərindəki məbləğ, 18%-lik ƏDV isə Azərbaycan Respublikasının alıcısının, istehlakçısının vəsaiti hesabına tutulur. Bu isə o deməkdir ki, istənilən vətəndaş bu gün plastik kart vasitəsilə 10 ABŞ dolları dəyərində hər hansı elektron kitab yükləmək istəyərsə, onun hesabından tutulacaq məbləğin üzərinə ƏDV də əlavə ediləcək.

Qeyd olunan məbləğlər bank tərəfindən hesablansa da, bu məbləğlər hər hansı formada əvəzləşdirilə bilməz. Məlumdur ki, ƏDV əvəzləşdirilə bilən vergi növüdür və bununla bağlı qanunvericilikdə konkret müddəalar var. Bu məbləğlər isə bankların öz fəaliyyəti ilə bağlı olan məbləğlər deyil. Bunlar sırf bankların vasitəçi olduğu, hesabladığı və tutduğu məbləğlərdir ki, bu və ya digər şəkildə bank fəaliyyəti ilə əlaqəli olmadığı üçün onların əvəzləşməsinə imkan yoxdur.

Onlayn sifarişlə gətirilən telefonlara verginin tətbiq olunması

Vergi Məcəlləsinə görə, malların elektron ticarət qaydasında alışı zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tutulmur.

"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbay­can Respublikası gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: http://vergiler.az/art-view/7378/




Son Vergi xəbərləri

2018-11-19 | Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq
2018-11-19 | Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarıla bilər
2018-11-16 | Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur
2018-11-16 | Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
2018-11-16 | Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur
2018-11-15 | Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
2018-11-14 | Fiziki şəxslərin gəlir vergisinə ediləcək dəyişikliklər - TAM MƏTN
2018-11-12 | Mənfəət vergisinə dəyişikliklər açıqlandı - MÜHÜM YENİLİKLƏR
2018-11-12 | Əhaliyə lizinqlə satış qadağan olunur
2018-11-08 | Bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər - SİYAHI


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Toxum göyərsə də torpaqdan, sudan,,
Bu sirri axtarıb tapmamış insan.
Toxumu bəsləyən torpaqdır ancaq.
Ona şəkil də mi verir bu torpaq?
Nizamsız olsaydı yeraltı bir an,
Salxım olardımı, deyin, toxumdan?
Tutaq, salxım olur bir dənin sonu,
Şəkil qalıbına kim salır onu?
Fikri dolaşdıran bu pərdə də bir,
Halları dəyişən səbəb gizlənir.
Dünyada gördüyün hər incə sənət
Allah əsəridir, Ondadır qüdrət.

Nizami Gəncəvi


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!