Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq

2018-09-04 | Kadr işi | Baxılıb: 141 dəfə | Çap et

Onlar iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məşğulluq orqanlarına məlumat verəcəklər

Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər. Onlar toplanılmış informasiyalara dair Məşğulluq Mərkəzləri ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini həyata keçirəcəklər.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərini pozan hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları da yeni "Məşğulluq haqqında" Qanunda əksini tapıb.

Mənbə: http://www.mlspp.gov.az/az/pages/17/39/information/1248




Son Kadr işi xəbərləri

2018-11-08 | Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq
2018-10-31 | Xidməti müqavilə ilə işləyənlərin nəzərinə - yeni qaydalar hazırlanır
2018-10-08 | Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR
2018-09-26 | İcbari tibbi sığorta haqqının ödəniş yolları - TƏKLİF
2018-09-26 | Azərbaycanda sahibkarlara sürpriz - HÖKUMƏT QAYDALARI DƏYİŞİR
2018-09-13 | 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır
2018-09-04 | İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq
2018-08-21 | DOST-un xidmətləri hansılar olacaq?
2018-08-06 | ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
2018-07-25 | Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!