Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Notariat haqqında AR Qanununda dəyişikliklər təsdiqləndi

2018-08-21 | Hüquq | Baxılıb: 268 dəfə | Çap et

Dəyişikliklərə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq müddət (əgər qanunla başqa müddət müəyyən edilməmişdirsə) keçmədiyi halda aparılır.

İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.

Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

İcra qeydinin aparılması barədə ərizə Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi və ya fiziki şəxslərin yazılı ərizəsi ilə notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini icra olunması üçün Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə göndərir.

İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

Dəyişikliklər 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

Mənbə: https://president.az/articles/29657




Son Hüquq xəbərləri

2018-11-15 | Mülkiyyət hüququnun təmin olunmasında maneələr...
2018-10-24 | Azərbaycanda şirkət yaratmaq istəyən əcnəbilərin işi asanlaşıb
2018-10-15 | Sahibkarlıq sahəsində yoxlamalar (müddətlər, məhdudlaşdırmalar, növlər)
2018-10-05 | Şirkət özünü nə vaxt və necə müflis elan edə bilər? - MÜSAHİBƏ
2018-08-21 | Notariat haqqında AR Qanununda dəyişikliklər təsdiqləndi
2018-07-09 | Müqaviləsiz işləyən şirkətlər üçün - AĞIR CƏZALAR GƏLİR
2018-06-27 | Əcnəbilərin Azərbaycanda maliyyə əməliyyatları barədə məlumatlar ölkələrinə yeni qaydalarla təqdim ediləcək
2018-06-22 | Borc pulun notariusda təsdiqlənən müqavilə əsasında verilməsinə dair yeni prosedur müəyyənləşib
2018-04-24 | Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib
2018-04-24 | Mərkəz: Mülki Məcəlləyə dəyişikliklər kiçik investorların xeyrinədir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Acını dadmayan şirini bilməz.

Atalar sözü


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!