MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb

2018-08-10 | Vergi | Baxılıb: 71 dəfə

Vergilər Nazirliyi 2018-ci ildə biznesin təşviqi məqsədilə vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan işləri davam etdirib. Azərbaycanın beynəlxalq reytinqlərdə və hesabatlarda mövqeyinin yaxşılaşmasına təsir göstərən mühüm amillərdən biri - ikiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə ən mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydaları sadələşdirilib. İslahatlardan əvvəl ikiqat vergitutmanın aradan qaldırılması (DTA) sazişləri üçün 6 ərizə forması tələb olunur, 4 gəlir növü üzrə güzəştlərin əvvəlcədən tətbiqi, digər gəlir növlərində isə vergilərin sonradan geri qaytarılması ilə bağlı sənədləşmələr kağız daşıyıcıda həyata keçirilirdi. Bütün bunlar xeyli vaxt itkisi ilə yanaşı, bəzi hallarda sənədlərin səhv tərtib edilməsinə və nəticədə vergi orqanı tərəfindən imtina yazılmasına səbəb olurdu. İslahatlar sayəsində ikiqat vergitutmanın aradan qaldırılması sazişləri elektronlaşdırılıb, sənəd formaları sadələşdirilərək sayı azaldılıb, elektron müraciət etmək imkanı yaradılıb, kağız dövriyyəsi minimuma endirilib.

İslahatların mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN imza" sertifikatının verilməsidir. Artıq həmin sertifikatlar xarici ölkələrlə qarşılıqlı şəkildə tanınır.

İslahatlar çərçivəsində atılan addımlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılmasına və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibinə və imzalanmasına, elektron məlumat mübadiləsinə, transsərhəd elektron xidmətlərinin həyata keçirilməsinə, əcnəbi investorlar üzrə vergi və inzibati xərclərin azalmasına imkan verir.

Mənbə: http://vergiler.az/art-view/7224/




Son Vergi xəbərləri

2018-08-14 | Gömrük yığımlarının məbləğlərində dəyişikliklər edilib.
2018-08-10 | Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır
2018-08-10 | İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb
2018-08-01 | Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı obyektlərində aksiz-nəzarət postları quracaq
2018-07-26 | 2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ
2018-07-18 | Vergi yükünün azaldılması nəzərdən keçirilir
2018-07-10 | Azərbaycanda vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq
2018-07-06 | Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq
2018-07-04 | Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub
2018-07-04 | Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza formalaşdıracaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ac adamı qurd yeməz.

Atalar sözü


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!